11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Xırdalandakı partlayışda zərər çəkmiş sakinlərlə görüş keçirildi

Abşeron Rayon İcra Hakimiyyətində bu ilin yanvarın 25-də Xırdalan şəhərinin 27-ci məhəlləsində baş vermiş partlayış nəticəsində yararsız vəziyyətə düşmüş 1 B saylı binanın sakinləri ilə görüş keçirilib.
ATİA.AZ xəbər verir ki, Görüşdə RİH başçısı İradə Gülməmmədova və Prezident Administrasiyasının məsul işçisi Habil Əzməmmədov iştirak edib. Bu barədə RİH-in mətbuat katibi Seymur Qasımov məlumat verib. O bildirib ki, görüşdə İ.Gülməmmədova baş vermiş hadisədə dünyalarını dəyişənlərə allahdan rəhmət, xəsarət alanlara isə şəfa diləyib. İcra başçısı qeyd edib ki, məsələ Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın nəzarətindədir. Zərər görmüş 41 ailənin kirayə evlərlə təmin edildiyini deyən İ.Gülməmmədova vurğulayıb ki, hazırda Fövqəlada Hallar Nazirliyinin əməkdaşları tərəfindən tərəfindən dəymiş ziyan və binanın dayanıqlığı ilə bağlı araşdırma aparılıb. Zərər dəymiş mənzillərə baxış keçirildiyini, müvafiq aktların tərtib edildiyini deyən İ.Gülməmmədova araşdırmanın nəticəsində binanın təmir olunacağı istiqamətində qərar veriləcək. 
Prezident Administrasiyasının məsul işçisi Habil Əzməmmədov da məsələnin dövlətin diqqətində olduğunu qeyd edərək deyib ki, zərər görmüş sakinlərin kirayə evlərdə yerləşdirilməsi birinci növbədə görülməsi vacib olan məqamdır. Qış ayı olması və havaların soyuq keçməsi səbəbindən sakinlər dərhal  normal şəraitli kirayə mənzillərlə təmin edilib. Onun sözlərinə görə, FHN-nin verəcəyi  qərardan asılı olaraq aparılacaq təmir işləri də surətli şəkildə həyata keçiriləcək. 


Tarix: 28-01-2021, 19:20 Oxunub: 437


Bölməyə aid digər xəbərlər