13:34 / 12-11-2024
COP29 ilk uğura imza atdı
08:28 / 08-11-2024
Bu gün Zəfər Günüdür !!!
Şəhidlərimizə etinasız münasibət, veteranın köhnəsi ya təzəsi, səbəb nədir axı? Bəlkə...

“44 günlük müharibədən sonra bir sıra dövlət orqanlarının, bəzi məmurların şəhidlərimizin əziz xatirəsinə, onların yaxınlarına, qazilərimizə, əsgərlərimizə, ümumiyyətlə hərbiçilərimizə  laqeyd, biganə, etinasız münasibəti cəmiyyətimizi olduqca narahat edən vəziyyətdir.
Bir tərəfdən şəhidlərimizin dəfni ilə bağlı ağıla gəlməz biabırçılıq, digər tərəfdən şəhidlərimizin əziz xatirəsinə  əks etdirən lövhələrin icra hakimiyyət orqanları tərəfindən sökülməsi, qazilərimizin psixoloji reabilitasiyası prosesinin yoxluğundan  əsgərlərimizin intihar etməsi, yaralı hərbçilərimizin müalicəsinin ev şəraitində  daha doğrusu daxma şəraitində Allah ümidinə  buraxılması və sair bu kimi hallar adi hal alıbdır. Bütün bu  psixoloji, mənəvi zərbələr az imiş kimi, üstəlik döyüş bölgəsində yerləşən qalib hərbiçilərimizin əmək haqlarının yarıya qədər azaldılması ümumiyyətlə hansı hüquqa, məntiqə, ədalətə, əxlaqa uyğundur. Ən dəhşətlisi də odur ki, “şou” yanaşması ilə efirə çıxan Xəzər TV-də bacarıqsız, məsuliyyətsiz və laqeyd məmura haqq qazandırmağa və onlara arxa durmağa çalışır.”
Bunu hüquqşünas, Qarabağ qazisi Vüqar Dadaşov  son günlər şəhidlərimizə bağlı yaranmış narazılığa münasibət bildirərkən deyib. Qarabağ qazisi fikirlərini belə davam etdirib:
“Qarabağ müharibəsi iştirakçılarını bilərəkdən köhnəyə-təzəyə bölən məmurlar, 4 il, 5 il, 6 il vuruşanlara 80 manat veteran pulu verən sosial müdafiə nazirliyi,  birinci Qarabağ müharibəsi iştirakçılarını adam yerinə qoymayanlar,  yarım milyarda Bank tikənlər siz hansı dinə, məssəbə qulluq edirsiz?  Əgər siz düşünürsüzsə  ki, 1-ci Qarabağ müharibəsi iştirakçıları döyüşü uduzanlardır-siz kökündən yanılırsız! Azərbaycan xalqı 90-cı illərdə hakimiyyətsizlik, özbaşınalıq, hərc-mərclik dövründə, çoxlarınız müstəqilliyimizin əleyhinə səsə verəndə birinci Qarabağ müharibəsi iştirakçıları əli yalın təkcə ermənilərə qarşı yox, ruslara qarşı da vuruşub, Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələn kimi də Cəbrayıla qədər gedib çıxıb.
Hər şey göz qabağındadır, ovcumuzun içindədir,1-ci Qarabağ müharibəsində axı bizlər nökərləri olduğunuz ruslara qarşı vuruşmuşuq - budurmu səbəb?! Hər zaman vətən kasıbın olub, eybi yox kasıb vətənini pula görə qorumur-haqsızlıq odur ki, vətəni kasıb qoruyur, harın, rüşvətxor vətənsiz məmurlar isə ölkəni talayır, çapır və sayəsində mövqe tutuğunuz hərbçilərimizə yuxarıdan baxırsınız. Bura bizim vətəndir, hər zərrəsi şəhid qanı ilə yoğurulmuş vətən bizimdir.  
Axı niyə bəzi məmurlar, dövlət qurumları ümumiyyətlə hərbçilərimizə belə laqeyd, etinasız  münasibət bəsləyir axı? Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan  Dövlət, Xalq, Ordu Birliyi nümayiş etdirdi, torpaqlarını azad etdi, Prezident İlham Əliyevin  rəhbərliyi ilə müzəffər Ordumuz  Azərbaycan xalqını Qalib Xalqa çevirdi. Bəli, sizi qorxudan bizim Birliyimiz, Dəmir Yumruğumuzdur!  Nəyin bahasına olursa olsun, məqsədiniz bu Birliyi dağıtmaqdır.., bax buna görə də şəhidlərimizə, qazilərimizə, hərbçilərimizə o cümlədən birinci Qarabağ müharibəsi veteranlarına olmazın münasibətini göstərirsiz. 
Yox əgər desəniz ki, düşündüyümüz kimi deyil onda, deyin görək niyə öz vəzifə borclarınızı  layiqincə yerinə yetirmirsiz? Niyə axı vəzifə öhdəliklərinizi başqasının boynuna atırsız?  Prezident gəlib şəhid dəfni ilə məşğul olmalıdır, yaxud Prezident  şəhid plakatlarını sökən məmurun gəlib qolundan tutub qoymamalıdır, məcburən getdiyiniz şəhid daxmalarına ayaqqabılarınızı  soyunmağı bəlkə prezident  tapşırıq verməlidir?!  Görəcəkli günlərimiz var imiş...
Əgər Cənab Prezident sizin işlərinizi görəcəksə bəs onda, siz nəyə və kimə lazımsız axı?!”


Tarix: 28-01-2021, 19:08 Oxunub: 335


Bölməyə aid digər xəbərlər