11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
LEYLA ƏLİYEVA ŞUŞAYA ŞEİR HƏSR ETDİ.... - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olublar.
Füsünkar təbiəti, özünəməxsus gözəlliyi ilə könülləri oxşayan, Qarabağın tacı olan Şuşa şəhərinin qoynuna gələn hər bir şəxsi Şuşa sanki cənnət aləminə aparır. Qeyd edək ki, Şuşada səfərdə olan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva bu cənnət güşəməzin  ülviliyini, insan tək əzəmətli olan uca dağların vüqarlığını, dillərdə dastana dönən  Cıdır düzünün lütfiliyini şeirləşdirərək tarixi Şuşamız üçün həsr edibdir.
Diqqətə çatdıraq ki, Leyla xanım Əliyevanın rus dilində qələmə aldığı şeir parçasını dilimizə Aydan Xəndan tərcümə edibdir. Oxuduqca insanı qürurlandıran sözügedən şeiri Leyla xanım Əliyeva şəxsi instagram hesabında paylaşıbdır.
Müstəqil dövlətimizin inkişafı naminə böyük töhfələr verən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın tarixin yaddaşına hopan şeirinin video çarxını  sizlərə təqdim edirik:
Sehirli bülbülə bənzəyən çiçək
Doğma dağlarımın qoynun bəzəyər,
Cənnət guşəmizdən uzaqda, görən,
Necə yaşamışam bu uzun illər?!
Dünyaya sığacaq yadlar, yerlilər
İçimdə həsrətlə gündüz, gecələr
Səndən ayrı qalıb, dərdini çəkib
Necə yaşamışam bu uzun illər?
Şeirlər yaradır məna, qafiyə
Bu yolda çalışmaq, öyrənmək gərək
Könlümün içindən gələn sətirlər
Qüsurlu olsa da, həqiqət gizlər.
Vətəndən ayrılmış, lal olan dillər
Göz yaşı axıdıb, çox dərd çəkdilər.
Ey sehirli diyar, sənin yolunda
Dualar səsləndi, coşdu ümidlər.
Ey sehirli diyar, yuxumda bir gün
Dağların üstündən uçan quş gördüm.
Ruhumda gül açdın, sən Xarı bülbül,
Necə darıxmışdım bilsən səninçün!
Allahım böyükdür, adildir hökmü
Evinə dönəcək şükür insanlar!
Bu şeirim mükəmməl olmasa belə,
Ürəyi böyüklər məni anlayar.


Tarix: 18-01-2021, 19:56 Oxunub: 541


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı