IT nəhəngləri tərəfindən proqram yenilənmələri tez-tez smartfonların adi işini pozan problemlər yaradır.
“Praym”ın məlumatına görə, Plexanov adına Rusiya İqtisad Universitetinin İnformatika kafedrasının dosenti Aleksandr Timofeyev bu barədə xəbərdarlıq edib.
O, buna misal olaraq “Google” şirkətinin “Android” üçün “Carrier Services” tətbiqetməsinin son yenilənməsini göstərib.
Mütəxəssisin sözlərinə görə, bunu quraşdırdıqdan sonra smartfon sahiblərinin SMS mesajlarının işi dayanıb.
“Zamanla həm “Android”, həm də “iOS” üçün “Yenilənməni sil” seçimi verən və ya əvvəlki iş rejiminə qaytaran funksiya əlavə olunsa, təəccüblənmərəm”, - deyə o bildirib.
Timofeyevin sözlərinə görə, mobil operatorlar rabitə xidmətlərini getdikcə daha çox ən son texnologiyalarla yeniləyirlər və bəzən bu yenilənmələr smartfonun düzgün işləməsinə təsir göstərməsi, hətta onun işləməsini tamamilə dayandırması ilə nəticələnir.
“Tam sıfırlama ilə smartfonu zavod parametrlərinə gətirməyə də ehtiyac ola bilər. Ancaq bu tez-tez baş vermir”, - deyə Timofeyev qeyd etdi.
Mütəxəssis vurğuladı ki, kritik səhvlər məhz proqram təminatında olur. Belə ki, bir çox tərtibatçılar hazır şablonlardan istifadə edir, təcrübə mübadiləsi aparır və bəzən də alqoritmlərin uzun prosesində “dolaşıb” qalırlar.
Bölməyə aid digər xəbərlər