16:40 / 23-02-2026
60 İLLİK ZİYALI ÖMRÜ
Bakıdan Şuşa və Ağdama avtobus qiymətləri belə olacaq - Siyahı




Yanvarın 24-ü işğaldan azad edilmiş ərazilərə təşkil olunacaq marşrut avtobuslarının gediş haqqı qiymətləri açıqlanıb.

ATİA.AZ  xəbər verir ki,  bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı bu gün keçirilən brifinqdə məlumat verib.
Onun sözlərinə görə, qiymətlər bir tərəfə gediş haqqı nəzərdə tutulmaqla belədir:
- Bakı-Şuşa-Bakı - 10.40 AZN
- Bakı-Ağdam-Bakı - 9.40 AZN
- Əhmədbəyli-Şuşa -Əhmədbəyli - 7 AZN
- Bərdə-Ağdam-Bərdə - 5 AZN
- Füzuli Beynəlxalq Hava Limanı-Şuşa - Füzuli Beynəlxalq Hava Limanı - 6 AZN
Əhmədbəyli-Şuşa istiqamətində həftədə 4, digər marşrutlar üzrə 2 dəfə təşkil olunacaq.
Anar Rzayev qeyd edib ki, artıq bununla bağlı sınaq təşkil edilib. İri tutumlu avtobuslar olacaq. Şuşa istiqamətində isə xüsusi əyləc tipi olan avtobuslar seçilib. 
Qalib şirkət seçilib və müqavilə bağlanıb.


Tarix: 18-01-2022, 15:50 Oxunub: 2 475


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031