VİCDANLI POLİS İŞÇİLƏRİMİZƏ EŞQ OLSUN...

Bakıdan Qazağa gələrkən Zəyəm ərazisində gördüyümüz bir hadisə diqqətimizi cəlb etdi. İki nəfər əlil avtomobil yolunu keçmək istəyirdi. Bu zaman bir maşın saxladı və iki nəfər vətəndaş maşından düşərək bu əlillərə yaxınlaşdı və onları öz maşınlarına aparıb əyləşdirdilər. Sonra yollarına davam etməyə başladılar. Maraq bizə güc gəldiyindən öz maşınımızla bunları izləməyə başladıq. Bu iki nəfər mülki geyimli vətəndaş əlillərin hər birini öz ünvanlarına düşürüb yerləşdirdikdən sonra maşınlarını sürüb Polis idarəsinin qabağında saxladılar və içəri keçdilər. Biz də düşüb Polis idarəsinə daxil olduq və bunların kim olduqları ilə maraqlandıq. 
   Məlum oldu ki bunlar Polis Polkovnik Leytenantı  Həsənov Qədim Rəfi oğlu və Polis Baş Leytenantı Həsənov Qara Nizami oğludur. 
    Bir köhnə döyüşçü kimi bu hadisə məni çox kövrəltdi və Polisdə belə insanların olması ilə Azərbaycan vətəndaşı olaraq qürur duydum. 
Bir daha  Cənab Nazirimiz başda olmaqla bütün vətənpərvər, vicdanlı polis işçilərinin qarşısında baş əyirəm.

Əfqan və Qarabağ veteranı, 2-ci qrup əlil
ƏLİ QARAGÖZOV


Tarix: 24-06-2022, 10:58 Oxunub: 306


Bölməyə aid digər xəbərlər