“AZƏRBAYCAN POLİSİNİN XİDMƏTİNƏ TƏŞƏKKÜR BELƏ YETMƏZ!”-Jurnalist Aybəniz DƏNİZ

Cəmiyyəti hər tərəfli tədqiq edən sosiologiya elminin əsasını cinayət sahəsi təşkil edir.   Polisin əsas və başlıca vəzifəsi cəmiyyəti nisbətən təhlükəli cinayətlərdən və cinayətkarlardan  qorumaqdan ibarətdir.

Biz hər gün demək olar ki,beş dəqiqədən bir ehtiyatsızlıqdan və yaxud da ictimai yerlərdə  bilərəkdən  törədilmiş cinayətlərin şahidi oluruq.  Belə hallarda  zərərçəkmiş şəxs kömək üçün ilk olaraq  aidiyyatı üzrə yaşadığı  və yaxud da hadisə baş verən   ərazidə   yerləşən  Polis bölmələrinə müraciət etməli olur.  

Bütün əməllər şübhəsiz ki, cinayət sayıla bilməz.Xarakterinə görə müxtəlif olan, məsələn, qəsdən sağlamlığa az ağır zərər vurma (CM-in 127-ci maddəsi) və səhlənkarlıq (CM-in 314-cü maddəsi) kimi cinayətlərin ictimai təhlükəlilik dərəcəsini, eləcə də, eyni xarakterli, lakin müxtəlif növdən olan, məsələn, oğurluq (CM-in 177-ci maddəsi) və soyğunçulq (CM-in 180-cı maddəsi) kimi cinayətlərin təhlükəlilik dərəcəsini, bu cinayətlərə görə məsuliyyət müəyyən edən normaların sanksiyalarını müqayisə etməklə fərqləndirmək olar. 

Bəli, baş verən hadisələrin mülki və ya cinayət tərkibli olub-olmamasından asılı olmayaraq  ümumiyyətlə, çox sevindirici haldır ki,  Azərbaycan Polisi  ona   müraciət edən  istər sərxoş, istər dilənçi, istər xadimə, istərsə də əvvələr məhkum olunmuş  hər bir vətəndaşını ayrı-seçgilik etmədən  qəbul edir,   problemini həm şifahi qaydada səbrlə sonacan dinləyir, həm də yazılı formada  Ərizə və  İzahatını alır. Öz  xidməti borcunu qanun çərçivəsində  layiqli yerinə yetirir.

 Peşəsindən, dilindən, şəxsiyyətindən, hörmətindən asılı olmayaraq  kiçik uşaqdan tutmuş, yeniyetmə, gənc, yaşlı, ağsaqqal olmaqla belə hər birimizin  yaxşı, sakit, xoşbəxt  yaşaması  üçün istirahət bilmədən, onlar  hətta bayram günləri daxil olmaqla belə gecə-gündüz gücləndirilmiş iş rejimində çalışaraq  təhlükəsizliyimizi  cinayətkarlardan,  oğrulardan, narkamonlardan  və gələcəkdə hər an yarana biləcək təhlükələrdən qoruyur. Bu  məqamda gördüklərimin bir qismini  nümunə yazsam yerinə düşər. 

Ölkəmizdə son zamanlar  avtomobildə,   zavodda yanğın baş verəndə, evdə kimsə köməksiz vəziyyətdə qalanda hadisə yerində  FHN-nin əməkdaşları olsa da belə, Polislərimizində  onlardan heç də geri,  kənarda qalmadığını, yanğının söndürülməsi üçün operativ olaraq onlarla çiyin-çiyinə çalışdıqlarını gördük. Günümüzdə  parkda, yolda valideyn məsuliyyətsizliyi balaca körpələrimizin  yıxılmasına səbəb olur. Bu halda rütbəsindən asılı olmayaraq ərazidə olan Polis əməkdaşlarımız  yıxılan şirin balalarımızın, həmçinin qüsurlu olduğundan əlil arabasına möhtac olub metroya düşə, yolu keçə bilməyən çoxsaylı vətəndaşlarımızdan öz köməkliyini, dəstəyini bir an belə əsirgəməyiblər.  Mən   belə halları dəfələrlə  kənardan müşahidə etmişəm və həmişə şahidi olmuşam.   Yuxarıda  qeyd etdiklərimi  və   buna bənzər bir çox  hadisələri nəzərə alsam, Polislə bağlı jurnalist olaraq düşünürəm ki, Azərbaycan Polisinin  xidmətinə  təşəkkür  belə   yetməz!

Ölkəmizin qeyrətli  və vicdanlı  polislərindən   yazmaq   bir  jurnalist kimi  çətin  və  məsuliyyətli  olduğu   qədər də  mənim üçün  çox şərəflidir.  Bu, şərəfli olduğu  qədər də məsuliyyətli  bir   işdir.  Bu yükün  ağırlığını məqalə  yazma   prosesində  dəfələrlə  hiss etdim. 

Elə haqqında söhbət açacağım, Yasamal rayon Polis İdarəsinin ləyaqətli  polislərindən  biri, İstintaq Şöbəsinin Rəisi VÜQAR MƏCİDOV haqqında   yazmağa   başlarkən  bu narahatlıq  və  məsuliyyət hissi bir az da artdı.

Bu məqaləmin  yazılması   heç də xoş bir təsadüflə bağlı deyildi. Təəssüf ki, insan ömrü  yalnız   xoşbəxt  günlərin  deyil, həm də bədbəxt  hadisələrimizin silinməz  tarixidir. 

Ömrü boyu sözündə, işində məsuliyyətli, vətəndaşlara, hadisələrə münasibətində  ədaləti  həyat   kredosuna  çevirən  həssas  valideyn   Vüqar  müəllim haqqında yazmaq  məni  çox  xoş məqamlara aparır. 

Rəislə ilk tanışlığım kabinetində  olmuşdur...

Tanıyanlar yaxşı bilir, ilk baxışdan sərt görünsə də, köməyini heç bir vətəndaşdan, heç kimdən əsirgəməyib. O, problemləri ilə müraciət edən vətəndaşlara  heç vaxt biganə qalmayıb.

O, alicənab rəisdir. Onun otağına daxil olanda məni az qala öz böyüyü kimi qarşılasın.  Yuxarı rütbəyə sahib olsa da,  özünü yuxarıdan aparmır.  Vətəndaşlarla ünsiyyətdə çox sadə insandır. Onunla söhbət etmək  xoşdur. Vüqar müəllimin  vətəndaşları   səbrlə dinləmək bacarığı var. O, öz   sahəsi üzrə ən yüksək pillədə dayanan Polislərimizdəndir.  

Vüqar Məcidovu fərqləndirən xüsusiyyətlərdən biri də həmişə qəbuluna gələn  vətəndaşlara  bilmədiklərini  səbrlə, qanunla geniş qaydada  hüquqlarını izah etməsi, öyrətməsidir.

Vüqar müəllim işgüzar adamdır. İşində çox dəqiqdir.  Özünə  və onunla birgə  çalışdığı   əməkdaşlara qarşı  çox tələbkardır.  Çalışır ki,   verilən qərarlar qanun çərçivəsində   olsun.  Kollektivlə  çox yaxşı münasibəti var. İdarədə  bütün əməkdaşlar Vüqar müəllimə hörmət bəsləyir.  

Vüqar Məcidov  çox vicdanlı,  dövlətinə sadiq, öz peşəsini sevən, peşəsi ilə fəxr edən, yorulmadan   xidmət edən Azərbaycan Polisdir!

Təbii ki, rəisin bu xüsusiyyətləri  jurnalist  üçün  çox  xoşdur.   Çünki, cinayət işlərində dəqiqlik   və qanun çox vacib amillərdəndir. 

        Vüqar  müəllim hər zaman DİN rəhbərliyinin diqqət və qayğısını hiss edib. Bəlkə də, bu səbəbdən   o bu yaxınlarda cənab  Nazirimiz Vilayət Eyvazovun  imzaladığı   əmrlə  Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

O, qısa zaman kəsiyində xidmət etdiyi ərazidə vətəndaşların rəğbətini və etimadını qazanıb. Ona güvənir, etibar edirlər.

Vüqar  müəllimə olan  hörmətimin əsas səbəbi onun yüksək  xidməti peşəkarlığı, işgüzarlığı, prinsipiallığı, ciddiliyi, sadəliyi və xeyirxahlığı ilə şərəfli, vicdanlı polis,  sədaqətli dost, ləyaqətli ailə  başçısı  olmasıdır. Ümumiyyətlə,  onda cəmləşən ən gözəl xüsusiyyətləri heç tərəddüd etmədən  yaza bilərəm.

Rəis haqqında danışmaq, söz demək  və məqalə yazmaq mənim üçün qürurvericidir. Çox xoşbəxt jurnalistəm ki,   Vüqar  müəllim kimi dostum var.

Layiqli və nümunəvi bir dövlət xidmətçisindən biridə  İstintaq Şöbəsində   Polis Baş Leytenantı, Müstəntiq KAMRAN  XALƏDDİN  OĞLU NAMAZOVdan  söhbət   açacayıq...  

Böyük əzm sahibi olan   Kamran müəllimin  şəxsiyyəti, polis fəaliyyəti şəffaf bir həqiqətdir. 

Bu illər ərzində o, Polis Baş Leytenantı kimi mühüm tapşırıqlarla çətin sahələrə göndərilmişdir. Heç kim onu qolundan tutub qaldırmamışdı. Özü öz gücünə qalxıb  yüksəlmişdi.  Polis  zabiti olaraq  ən çətin tapşırıqların öhdəsindən  layiqincə gəlir.

Onu yaxından tanıyanlar yaxşı bilir ki,  Kamran Namazov  çox vicdanlı‚ işində dürüst‚ çox insanpərvər‚ ləyaqətli‚ dövlətçiliyə bağlı olan‚ dövlətini və peşəsini sevən bir Polisdir. 

Kamran  Namazov   həyatda çox çətinliklərlə, təhlükələrlə üzləşib, amma öz yolundan dönməyib, inamla məqsədinə doğru  gedibdir.  Sonda   zabit  rütbəsini qazanıb. Kamran  Namazovdan   ona görə yazmağa  dəyər ki, ləyaqətli Polis və müsbət auralı insandır.   Onunla  ünsiyyətdə olmaq  bir jurnalist kimi  mənə pozitiv enerji verir. 

Onu həmkarlarından fərqləndirən cəhət o,   humanist  polisdir.  Təhqiqatçının etməli olub, amma etmədiyi  xidməti  funksiyasını yerinə yetirən polis zabitidir. Sadəliyi ilə, canıyananlığı ilə vətəndaşların dərin hörmətini qazanıb.

Belə ki, vaxtilə Suraxanı rayon  33-cü  Polis bölməsində  işlədiyi illərdə onunla çiyin-çiyinə işləmiş, onunla bir yerdə çətin istintaq-əməliyyat tədbirlərində iştirak etmiş  vətəndaşları, hadisələrin şahidlərini, uşaqlıq dostlarını, polis həmkarlarını dinlədikdə – hamısı bir ağızdan  Kamran Namazovun kişiliyindən, mərdliyindən,  yüksək   peşəkarlığından, vətənpərvərliyindən,   dövlətə sevgisindən, namus-qeyrətindən, dövlətə, ailəyə, torpağa bağlılığından söz açmalarının şahidi oldum.

Son dərəcə xeyirxah və mərd  polisdir. Bu, onun ürəyinin hümanistliyindən irəli gəlir. Sədaqət, etibar onun canında-qanındadır, soyunda-kökündədir. Ehtiyacı olan hər bir Azərbaycan vətəndaşına  yaxşılıq, xeyirxahlıq etməyi bacardığından  özünə  dost qazanıbdı. Özü də dostluq, etibarlılıq nümunəsi göstərən qeyrətli oğullardandır. 

Düşünürəm ki,  oxucularımızı  məlumatlandırmaq  lazımdır ki, belə   vicdanlı  Polislərimizi    tanısın. Polisdən yazdıqca  üzümdə xoş təbəssüm yaranmağa başlayır.  Çünki,   mən   Azərbaycan Polisinə, onun  fəaliyyətinə və xidmətinə  inanıram.

Vüqar  müəllim   və  Kamran müəllimin  xidmətindən çox razıyam.  Onlar hər zaman  neçə-neçə cinayətlərin qarşısını alıblar.  Belə xidmət göstərən  Yasamal rayon Polisindən necə narazı qala bilərəm? 

 Mən Azərbaycan Polisinə  etibar edirəm və edəcəyəm. Nə vaxta kimi mən varam, mənim üçün Polis də var.

Vüqar  Məcidov  və  Kamran   Xaləddin oğlu  Namazov  kimi dəyərli Polislərdən ona görə yazmaq lazımdır ki, onların Vətən, xalq və dövlət  qarşısında xidmətləri, əziyyətləri unudulmasın.  Onların davranışı, hünərləri,  kişilikləri  vətəndaşlarımıza örnək olsun.  Mən fəxr edirəm ki, mənim belə  Polisim   var, etibarlı, güvənli,mərd!

Amma çox təəssüf hissi ilə qeyd etməyə məcburam ki, ölkəmizdə vətəndaşların Polisə münasibəti birmənalı deyil...

        Bilənlər bilirlər, unudanlar  xatırlasınlar, bilməyənlər   bilsinlər ki, Azərbaycanda  xidmət edən   heç bir  Polis vətəndaşla kobud  rəftar edə bilməz.  Azərbaycan Polisi  heç   kimi şərləyərək həbs etdirə bilməz.

Amma, kim cinayət törədərsə, onda həmin şəxs barəsində qanunda nəzərdə tutulan cəza tətbiq ediləcəkdir. 

Odur ki,  heç bir  cinayət cəzasız qalmamalı,  heç bir xidmət, unudulmamalı, heç nə yaddan  çıxmamalıdır!

                                          Aybəniz  DƏNİZ,

“Azərbaycan Jurnalistlər Birliyinin üzvü”, 

Jurnalist-yazar, araşdırmaçı.


"ATİA.AZ"


 
 


Tarix: 27-05-2022, 13:37 Oxunub: 248


Bölməyə aid digər xəbərlər