13:34 / 12-11-2024
COP29 ilk uğura imza atdı
YOL İDARƏSİNİN MÜDİRİ QAÇQINLARA TİKİLƏN BİNALARDAN ZƏBT ETDİYİ MƏNZİLLƏRİ QAYTARACAQMI?

“Məcburi köçkünlər üçün nəzərdə tutulmuş evlər şəhid ailələrinə veriləcək” - bu sözləri yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə deyib. Çox gözəl, təqdirəlayiq bir addımdır. 
 Amma bir məsələ mənə müəmmalı qalır. Qaçqınların bəziləri onlara verilmiş evləri nisbətən ucuz qiymətə satdıqları hallar da var. Bəs bu evlər Şəhid ailələrinə veriləndə evləri alan vətəndaşların aqibəti necə olacaq? 
 Mehdabad qəsəbəsində qaçqınlar üçün nəzərdə tutulan binaların tikilməsi Azəravtoyolun  8 saylı yol idarəsi tərəfindən həyata keçirilmişdir. Yol idarəsinin müdiri Şirinov Əliheybətin bu binaların tikintisinə ayrılan pulların bir qismini necə mənimsədiyi haqqında əvvəllər aidiyyati Qurumlara çox müraciət etmişəm. İndi məni başqa bir sual düşündürür:  Şirinov Əliheybətin oğlu İsmayılın dediyinə görə bu binalarda onlar özlərinə 23 mənzil "özəlləşdiriblər". İndi Cənab Prezident bu mənzilləri Şəhid ailələrinə verəndə həmin o 23 mənzilin aqibəti necə olacaq. İnşaallah, yaşayarıq, görərik.

              Əliheydər Əliyev


Tarix: 8-01-2021, 00:30 Oxunub: 1 824


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı