08:30 / 18-04-2025
"İlham Pirməmmədov - 70"
Azərbaycanda daha bir vəkil koronavirusdan vəfat etdi

Azərbaycanda daha bir vəkil dünyasını dəyişib.
Belə ki, 15 saylı vəkil bürosunun vəkili Heydər Əsgərov COVID-19 səbəbindən vəfat edib.
Vəkillər Kollegiyasından məlumatı təsdiqləyiblər.
66 yaşlı H.Əsgərov 17 il vəkillik fəaliyyəti ilə məşğul olub.
Qeyd edək ki, son bir ay ərzində Azərbaycan Vəkillər Kollegiyasının üzvləri - Əli Ələkbərov, Adil İsmayılov, Yusif Seyidov və Tahir Əlirzayev koronavirusdan, İdris Qasımov isə uzun sürən xəstəlikdən vəfat edib.
Allah rəhmət eləsin.


Tarix: 23-12-2020, 19:58 Oxunub: 557


Bölməyə aid digər xəbərlər