13:34 / 12-11-2024
COP29 ilk uğura imza atdı
Yenidən sərt karantin rejimi tətbiq edən İLK ÖLKƏ oldu

İsrail Covid-19 səbəbiylə yenidən sərt karantin rejimi tətbiq edən ilk ölkə olub.
Sonxeber.az Türkiyə mediasına istinadən xəbər verir ki, xəstə sayının sürətlə artması səbəbindən Baş nazir Binyamin Netanyahu 18 sentyabr saat 14:00-dan üç həftə müddətində ölkədə ümumi karantin rejiminin tətbiq ediləcəyini açıqlayıb.
Bazar günü televiziyada çıxış edən Baş nazir, bu vəziyyətin hamı üçün çox ağır nəticələnə biləcəyini" qeyd edib.
Karantinanın Yəhudi bayramı Rosh Hasana ilə üst-üstə düşəcəyini bildirən Netanyahu, "Bu bayram həmişəkindən fərqli olacaq. Ailəmizin bütün üzvləri ilə birlikdə qeyd edə bilməyəcəyik" deyə bildirib.


Tarix: 14-09-2020, 10:58 Oxunub: 115


Bölməyə aid digər xəbərlər