15:37 / 16-04-2025
Anar Nəbiyev: Avropa üçün yaşıl enerji təchizatçısı
14:10 / 16-04-2025
"Sağlığında əfsanələşən insan " - Anar Nəbiyev
09:05 / 16-04-2025
Azər Fərmayıloğlundan Xoşqədəm Hidayətqızının anasının vəfatı münasibətilə başsağlığı
11:01 / 15-04-2025
Akademik Zərifə Əliyevanın anım günüdür
10:48 / 15-04-2025
Qəzzafinin misilsiz qəddarlığı – onun əmri ilə Əbu Səlim türməsində bir gündə 1265 məhbus güllələnib
17:10 / 14-04-2025
Çinin dəhşətli silahı: Hər il onminlərlə amerikalı həyatını itirir
12:51 / 14-04-2025
Moskvada paylanılan müftə saqqız – Stadiondakı sıxlıqda 21 nəfər ölüb...
12:27 / 14-04-2025
"Əsl insanlıq zirvəsi" - Polad Ağakişiyev
08:33 / 13-04-2025
SSRİ-nin dövründə kosmosa uşan Kirkalyov yerə qayıdanda artıq SSRİ mövcud olmayıb
13:10 / 12-04-2025
Əhali niyə kreditlərə möhtac qalır? - "Gəlirim azdır, borcum çox"
10:50 / 12-04-2025
“Koroğlu”da qəzaya uğrayan taksi aşdı
10:44 / 12-04-2025
Bakıda estetik prosedurdan sonra qadının BURNU ÇÜRÜDÜ
09:10 / 12-04-2025
"Bəsimdi" - Sabir Allahverdioğlu bağçasından bir yarpaq
08:53 / 12-04-2025
Bank kartları ilə bağlı növbəti xəbərdarlıq
17:53 / 11-04-2025
"Cinsin dəyişdirilməsi Allahın işinə müdaxilədir və bunu icra etmək haramdır“ - Tural İrfan
16:53 / 11-04-2025
Karateçilərimiz İtaliyada tarix yazdı
16:42 / 11-04-2025
Balakəndə bələdiyyə sədri və əmiləri saxlanıldı
19:28 / 09-04-2025
Konstitusiyada qanunun analogiyası probleminə fərdi hüquqi yanaşma kontekstindən baxış
14:11 / 08-04-2025
Rövşən Qayayev: Azərbaycan dostluq və tərəfdaşlığa sadiqdir
12:20 / 08-04-2025
Birbank QR ödənişləri ilə 30 gün gözləmədən ƏDV-ni dərhal geri alın
11:33 / 08-04-2025
Bakıda parkda 39 yaşlı qadın öldürüldü - Əri saxlanıldı
11:26 / 08-04-2025
Vətəndaşları şantaj edən baş redaktor və redaktor saxlanılıb
11:15 / 08-04-2025
ADA Universitetini bugünkü konfransda təmsil etmək çox qürurvericidir" - Hafiz Paşayev
11:04 / 08-04-2025
Dərman qaçaqmalçılığının himayədarı olan gömrükçülər həbs edildi
10:56 / 08-04-2025
"Qaz təchizatının coğrafiyası genişlənir" - Anar Nəbiyev
09:40 / 08-04-2025
DYP-dən xəbərdarlıq: 2 bal və 60 manat cərimə..
09:27 / 08-04-2025
ULU ÖNDƏRİN SAAT HƏDİYYƏ ETDİYİ HƏKİM MÜRACİƏT ÜNVANLAYIB...
14:54 / 07-04-2025
Anar Nəbiyev: Cənubi Qafqaz sülhün bərqərar olduğu regiona çevrilməlidir
09:23 / 06-04-2025
Fransada Azərbaycanın mədəni irsi nümayiş olunub
16:50 / 05-04-2025
"Başlıbel qətliamı" kitabı həm də ZƏFƏR TARİXİMİZİN AYNASIDIR" - Natəvan Dəmirçioğlu
18:08 / 04-04-2025
Ermənistanın Kamilə qoyduğu qadağa aradan qaldırıldı
"Ağdam tamamilə bərpa olunacaqdır" - Çingiz Hüseynov
Möhtərəm Prezidentimizin “Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq” sözlərinin reallığa çevrildiyini bütün dünya görür. Tarixi Zəfərdən dərhal sonra Dövlət Başçımızın birbaşa təşəbbüsü və tapşırıqları ilə erməni işğalından azad olunmuş ərazilərimiz bərpa edilərək yenidən qurulur və burada “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları reallaşdırılır, dünya əhəmiyyətli layihələr həyata keçirilir. Bütün bunlar müstəqil, suveren dövlətimizin gücünü və qüdrətini nümayiş etdirir. Bu gün bu torpaqlarda silsilə tədbirlərin keçirilməsinin məqsədi azad olunmuş torpaqları tezliklə bərpa etməkdir ki, insanlar buraya qayıtsınlar və bu torpaqlara həyat gəlsin. Vətən müharibəsinin çoxşaxəli əhəmiyyəti bundan ibarətdir ki,biz həm doğma torpaqlarımızı işğalçılardan azad etdik, düşməni torpaqlarımızdan qovduq, həm də ölkəmizin ərazi bütövlüyünü bərpa etdik. Bütün dünyaya xalqımızın, dövlətimizin qüdrətini, xalqımızın əyilməz ruhunu gördü. Eyni zamanda, ölkəmizin gələcəyi ilə bağlı strateji hədəflərə çatmaq üçün əməli addımlar atıldı və önəmli sənədlər imzalandı. Noyabrın 10-da imzalanmış Birgə Bəyanat, əlbəttə ki, Laçın, Kəlbəcər və Ağdam rayonunun qaytarılmasını təmin etdi və bir güllə atmadan bu torpaqlar işğaldan azad edildi.
Bölməyə aid digər xəbərlər

Xalqımız Ağdam rayonunun necə işğal olunduğunu bu gün də ürəkağrısı ilə xatırlayır. Ağdam uğrunda 42 gün davam edən döyüş 1993-cü il 23 iyul tarixində Ağdam ərazisinin 73 faizinin işğalı ilə bitdi. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuş, işğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olub. İşğal nəticəsində Ağdam rayonunun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdir. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdır. O da yaxşı məlumdur ki, Ağdamı xarici və yerli jurnalistlər Qafqazın Xirosiması adlandırıblar. İşğaldan azad olunmuş Ağdam erməni vandalizmin şahididir. Ermənistan qəsdən mədəni və dini abidələrimzi vandalizmə məruz qoymuş, təhqir və qarət etmişdir.
İndi biz qürurla deyə bilərik ki, Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazandı. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verildi və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alındı.
Qeyd edək ki, tarixi Qələbə günlərinin əbədiləşdirilməsi dövlət siyasətinin tərkib hissəsidir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 20 Noyabr – Ağdam Şəhəri Günü kimi müəyyən olunmuşdur. Azərbaycan xalqı haqlı olaraq bu günü qürurla qeyd edir. Lakin ötən illər ərzində baş verənləri, Ağdam rayonunun necə işğal olunduğunu da heç zaman unutmuruq, unutmayacağıq.
Bu gün biz tam əminliklə söyləyə bilərik ki, Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır. Məhz, 2021-ci 28 may tarixində Azərbaycan ictimaiyyətinə təqdim olunmuş Baş Plan əsasında Ağdam tamamilə bərpa olunacaqdır. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin azad olunmuş Ağdama səfərləri və reallaşdırılan yeni infrastruktur layihələr bunu söyləməyə əsas verir.
Çingiz Hüseynov
YAP Qazax rayon təşkilatı ərazi partiya təşkilatının sədri
Tarix: 22-11-2023, 15:22 Oxunub: 116
Bölməyə aid digər xəbərlər
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-10-2020, 16:36
Prezident İlham Əliyevin xalqa müraciətinin TAM MƏTNİ
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
8-11-2020, 20:25
İlham Əliyevin xalqa tarixi müraciəti - TAM VERSİYA
29-12-2022, 11:12
"Tarixi Zəfər, Böyük Qayıdış, növbəti hədəf..." - Ədalət Hüseynov
30-09-2022, 10:33
"Müzəffər xalq, qalib ölkə kimi əbədi yaşayacağıq" - Anar Nəbiyev
24-10-2022, 13:17
Kazım Kazımov: Qubadlıya həyat yenidən qayıdır
27-09-2022, 07:51
Vətən müharibəsinin başlamasından 2 il ötür
22-12-2020, 13:20
Həsən Həsənov: "Tarix təcavüzkara qarşı öz hökmünü verir"
2-10-2020, 07:56
BDU-nun rektoru Prezidentə məktub yazdı
25-10-2023, 20:21
"25 oktyabr tariximizdə Zəfər günü kimi qeyd edilir" - Mehman Ballayev
25-04-2022, 17:01
“Bu dəfə birliyin, həmrəyliyin məkanı Azad Şuşadır !” - Anar Nəbiyev
10-09-2021, 23:07
"Oğlanlarımın şəhid olmasının bir ili tamam olacaq, ancaq içməli suyu qonşudan gətiririk"
15-11-2023, 10:02
"Bənzəri olmayan parlaq Qələbə" - Nizami Zeynalov
16-11-2022, 20:54
"Azərbaycanın səbri tükənməz deyil" - Tahir Musayev
11-10-2022, 13:45
Asif Yusifov: Qarabağı və Zəngəzuru yenidən qurmaq milli ideyamızdır
26-11-2022, 09:32
"Düşmənə göz dağı olan Kəlbəcər..." - Rövşən Qayayev