08:30 / 18-04-2025
"İlham Pirməmmədov - 70"
Neftçlərimiz faciəvi şəkildə həlak oldular

   İki neftçi beton plitələrin çökməsi nəticəsində dənizə düşərək həlak olub.
Bu barədə  “Azneft” İstehsalat Birliyindən məlumat verilib.
   Rəsmi məlumatda qeyd olunur:
 “24 avqust 2023-cü il tarixində “Azneft” İstehsalat Birliyinin (İB) N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) birinci mədən ərazisində neft yığım məntəqəsində qəzalı sahədə planlı təmir işləri apararkən "Neftqaztikinti" trestinin əməkdaşları 1960-cı il təvəllüdlü, quraşdırıcı vəzifəsində çalışan Ağaməmmədov Şirvan Ataş oğlu və 1984-cü il təvəllüdlü, qaynaqçı vəzifəsində çalışan Nərimanov Şamo Mətləb oğlu beton piltələrin çökməsi nəticəsində dənizə düşüblər.
    Aparılan axtarış-xilasetmə işləri nəticəsində hər iki şəxsin nəşi dənizdən çıxarılıb”.


Tarix: 24-08-2023, 14:26 Oxunub: 186


Bölməyə aid digər xəbərlər