“Neftçi” daha bir legioneri heyətinə qatdı - VİDEO

“Neftçi” ardıcıl üçüncü legioner futbolçunu transfer edib. 
Bununla bağlı klubun rəsmi saytı məlumat yayıb. 
Bildirilib ki, braziliyalı mərkəz müdafiəçisi Rener Alves De Souza ilə 2+1 il müddətinə müqavilə bağlanıb. 19 yaşlı futbolçu komandamızın heyətində 4 nömrəli formanı geyinəcək.
“Brasilis”in yetirməsi olan Rener Alves De Souza Braziliyanın “Fortaleza” klubunda çıxış edib. O, “Fortaleza”nın əsas komandası ilə yanaşı, U-19 və U-20 komandalarında da oynayıb, U-20 ilə “Copa do Nordeste”nin qalibi olub.
Qeyd edək ki, “Neftçi” bundan əvvəl nigeriyalı cinah yarımmüdafiəçisi Yusuf Lavalı və Mərakeş əsilli belçikalı dayaq yarımmüdafiəçisi Sabir Buqrini transfer etmişdi.


Tarix: 22-07-2020, 21:50 Oxunub: 191


Bölməyə aid digər xəbərlər