12:39 / 11-05-2024
İbrahim Tatlıses Bakıda
“Qarabağ” kolumbiyalı futbolçu ilə müqavilə bağladı - FOTO

Növbəti mövsümün hazırlıqlarını davam etdirən “Qarabağ” heyətini gücləndirməyə davam edir.
Oxu.Az xəbər verir ki, Ağdam komandası Portuqaliyanın “Şavış” klubunun mərkəz müdafiəçisi Kevin Medinanı heyətinə qatıb. Futbolçu ilə üç illik müqavilə imzalanıb.
Karyerası Portuqaliya ilə bağlı olan 27 yaşlı futbolçu keçən ilin yayından “Şavış”da çıxış edib. O, daha əvvəl “Akademiku Vizeu”, “Pinyalnovense”, “Sintrense”, “Moura” və “Naval”ın da formasını geyinib. Kolumbiyalı mərkəz müdafiəçisi bu mövsüm 16 matçda meydana çıxıb.
Yeni transfer keçidi barədə öz fikirlərini klubun mətbuat xidmətinə açıqlamasında bildirib:
“Yeni klubuma gəldiyim üçün çox xoşbəxtəm. Təbii ki, “Qarabağ” barədə nə eşitmişdimsə, hamısı müsbət idi. Buna görə də səbirsizliklə yeni komandama qoşulmağı gözləyirdim. Nəhayət, buradayam, sevincliyəm.
Ümumi götürsək, çox xoşbəxtəm və klub barədə ancaq müsbət şeylər eşitmişəm. Əlimdən gələni edəcəyəm ki, öz oyunumla azarkeşlərin sevimli futbolçularından biri olum. Bilirəm ki, “Qarabağ” ardıcıl yeddi dəfə çempion olub. Hansı komandaya gəldiyimin fərqindəyəm. Çalışacağam ki, komandanın uğurlarına kömək edim”.


Tarix: 19-07-2020, 17:08 Oxunub: 175


Bölməyə aid digər xəbərlər