"Vahid Milli Hərəkat" partiyasının Marneuli üzrə majoritar namizədi və Bələdiyyə Məclisinin proporsional siyahısının 3-cü sırasında olan Nərgiz Əliyeva Mixeil Saakaşvili ilə görüşüb.
Bu barədə bildirib. Onun sözlərinə görə, Mixeil Saakaşvili ilə görüş Saakaşvili tərəfindən elan edilən "Gürcüstanın Uğurlu Gələcəyi Naminə" müsabiqəsi çərçivəsində 19 sentyabr tarixində baş tutub. N. Əliyeva bildirib ki, Mixeil Saakaşvilinin Marneuli, Qardabani və ümumiyyətlə Kvemo Kartliyə marağı çox böyükdür. O qeyd edib ki, Saakaşvilinin azərbaycanlıları sevdiyini bilirdi, lakin görüş zamanı bir daha əmin oldu ki, Saakaşvili azərbaycanlıları çox sevir və görüşdə azərbaycanlılar heç zaman onun dilindən düşmürdü. Əliyeva son olaraq, Saakaşvilin Gürcüstana gəlməsinə toxunub və görüş zamanı Saakaşvilinin referendumdan öncə vətənə qayıdacağını bir daha vurğuladığını, dönməsi üçün çox ciddi hazırlıqların getdiyini bildirdiyini deyib. Qeyd edək ki, Nərgiz Əliyevanın daha ətraflı müsahibəsinə axşam saat 20:30-da xəbər portalımızda yayımlanan "Xəbər Vaxtı" informasiya buraxlışında baxa bilərsiniz.
[video=]
24News.ge
Bölməyə aid digər xəbərlər