Əsir düşənlərlə bağlı gərginlik: xalq üsyana qalxdı

Ermənistanın Şirak vilayətinin əhalisi Gümrü-Barva yolunu bağlayıb.

ATİA.AZ erməni mediasına istinadən xəbər verir ki, aksiya iştirakçıları İrəvanın əsas magistral yolunu da bağlamaq niyyətindədir.

Onların əsas tələbi Şirak vilayətinin Xorom, Lancik və Azatan kəndinin əsir düşən hərbçi sakinlərinin geri qaytarılmasını tələb edirlər.

Şirak sakini Karapet Poqosyan deyib ki, bu vilayətdən 150 nəfər əsir düşüb. “Onlar 4 gün mühasirədə qalıb, yaddan çıxıblar, indi əsirdilər. Xorom və Lancik kəndinin sakinləri yolları bağlamağa hazırlaşırlar”, - deyə Poqosyan bildirib.

Onun sözlərinə görə, Azatan kəndinin rəhbəri məsələ ilə bağlı İrəvana getməlidir.

Erməni mediası yazır ki, Şirak vilayətindən əsir düşənlər könüllülər olublar.

Ehtimal olunur ki, onlar diversiya əməliyyatları keçirmək üçün Qarabağda gizləniblər. Lakin Azərbaycan Ordusu onların yerini müəyyən edərək mühasirəyə alıb. Könüllülərin təslim olmaqdan başqa yolu qalmayıb.

Aksiya iştirakçıları isə bu məsələyə görə Ermənistan hakimiyyətini ittiham edir. Onların fikrincə, hakimiyyət könüllülərə heç bir yardım etməyib.

Bundan əvvəl isə itkin düşən erməni hərbçilərinin yaxınları Ermənistan silahlı qüvvələrinin Baş qərragah rəisinin müavini Andranik Markaryanı hərbçiləri qoyub döyüş meydanından qaçmaqda ittiham etmişdilər.


Tarix: 16-12-2020, 18:24 Oxunub: 313


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930