21:37 / 20-09-2024
15 yaşlı oğlan bıçaqlandı
Rusiyadan Ermənistanla Azərbaycana sülh çağırış

Eskalasiyanın qarşısını almaq üçün Rusiya Bakı və İrəvanı təmkinli olmağa, hərbi ritorikadan qaçmağa və regionda sabit sülhün bərqərar olmasına və inkişafına töhfə verəcək qarşılıqlı məqbul həll yollarının tapılmasına diqqət yetirməyə çağırır. Bunu iyulun 31-də keçirdiyi mətbuat konfransında Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Andrey Nastasin bildirib.

O bildirib ki, Rusiya Federasiyası Ermənistanla Azərbaycan arasında bütün mübahisəli məsələlərin müstəsna olaraq siyasi yolla və diplomatik vasitələrlı həlli mövqeyindən çıxış edir.

Andrey Nastasin həmçinin qeyd edib ki, bu məqsədə nail olmaq üçün yol xəritəsi Ermənistan, Rusiya və Azərbaycan liderlərinin iştirakı ilə üçtərəfli formatın yenidən işə salınması hesab olunur.

“Rusiya ardıcıl olaraq iki ölkə arasında davamlı sülhün bərqərar olmasının tərəfdarıdır. Üçtərəfli sazişlər məhz belə bir tendensiyaya malikdir: onlar ən mürəkkəb problemlərin, o cümlədən sosial və humanitar problemlərin mərhələli şəkildə həllini və vətəndaş cəmiyyətləri arasında dialoqun başlanmasını nəzərdə tutur. Bu, təkcə qaçqınlarla bağlı deyil, həm də abidələrin dağıdılmasının qarşısının alınmasıdır”, - Nastasin bildirib.


Tarix: 31-07-2024, 21:24 Oxunub: 239


Bölməyə aid digər xəbərlər