11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
"İnsan sağlamlığı cəmiyyətin sərvətidir" - Ümummilli Lider Heydər Əliyev

Bu həyatda insan üçün ən böyük, ən dəyərli sərvət sağlamlıqdır. İnsan sağlamlığının da keşiyində tibb işçiləri durur. Həkim olmaq böyük məsuliyyətdir. Ona görə ki, hər birimiz bu peşənin daşıyıcılarına bizim üçün əziz olan sağlamlığımızı etibar edirik. Həkim peşəsi çox nəcib və məsuliyyətli bir işdir, çünki insanların sağlamlığı, hətta bəzən həyatları həkimdən asılı olur. İnsanlar elə düşünürlər ki, həkimlər hər halda mütləq onlara kömək edəcəklər, bir iynə və ya başqa bir yardım alaraq mütləq yaxşılaşacaqlar. Həkim öz davranışı, təfəkkürü, dünyagörüşü ilə digərlərindən fərqlənməli və ən əsası özünə inam yaratmağı bacarmalıdır. Çünki həkimə inam hissi olmadıqda, bəzən xəstənin müalicəsi də səmərəsiz olur. Həkimin xoş sözü, mehribanlığı, qayğıkeşliyi birbaşa xəstənin vəziyyətinə çox müsbət təsir göstərir. Həkim qayğısı, səmimiyyəti də müalicə vasitəsidir. İnsan xəstə olduqda həkim ona ən yaxın şəxs olur. Həkimlər elə ünsiyyət yaratmalıdır ki, xəstələr özlərini rahat hiss etsinlər və narahatlıqlarını onlarla bölüşsünlər. 

Vətənimiz Azərbaycanda insanların xəstələnərək  ölümlə üz-üzə qaldığı anda onların şəfa tapmasında canla-başla xidmət göstərən,  onları ölümdən xilas edib  həyata qaytaran iki gözəl HƏKİM haqqında yazmaq mənim üçün qürurvericidir! 

Əslən Qazax rayonundan olan, Bakıda doğulub boya-başa çatan, hazırda  Gəncə şəhər Mərkəzi Klinikasında çalışan Ürək-damar cərrahı  Dr. Vüqar Qapaqov və onun həmkarı Dr. Səlahəddin Hətəmov sözün həqiqi mənasında Azərbaycan Səhiyyəsində böyük əməyi olmaqla yanaşı,  bir çox riskli əməliyyatlar keçirmiş, həmin əməliyyatlardan gülər üzlə çıxaraq, xəstə yaxınlarını sevindirərək  öz həkimlik peşəsini sevə-sevə, ləyaqətlə, vicdanla davam etdirirlər...

Bu yaxınlarda yaxın qohumum olan, Qazax rayon Daş Salahlı kənd sakini  Adilə Dələhmədovanı ürək-damar sisteminin  tutulmasına  görə  ağır bir vəziyyətdə Gəncə şəhər Mərkəzi Klinikasına çatdırdıq.
Bizi xoş, gülər üzlə qarşılayan həkimlər  bir neçə gün xəstənin müayinə və müalicəyə ehtiyacı olduğunu söylədilər. Xəstənin vəziyyəti ağır olduğuna görə əməliyyat masasına otuzdurmadılar. Bir neçə gün müayinə və müalicə etdikdən sonra xəstəni  əməliyyata götürən həmin bu iki gözəl həkim sözün həqiqi mənasında Adilə Dələhmədovanı yenidən həyata qaytardılar.

Doktor Vüqar Qapaqov, eləcə də onun iş həmkarı  Səlahəddin Hətəmov bir deyil, bir neçə yaxın  qohumlarımı əməliyat edərək onları yenidən həyata qaytarıb. Mən də öz növbəmdə belə gözəl həkimlərimizə Allahdan uzun ömür, can sağlığı arzulamaqla yanaşı, sevərək, canla-başla yanaşdıqları peşələrində uğurlar arzulayıram. 
Nə yaxşı ki, Vətənim Azərbaycanda belə savadlı, peşəsini sevən,  insan kimi insan olan, vicdanlı, dəyərli  həkimlərimiz var.
  TANRI SİZLƏRİ QORUSUN!!!

 
Elnur Quliyev, ATİA.AZ


Tarix: 24-02-2022, 15:20 Oxunub: 1 495


Bölməyə aid digər xəbərlər