Azərbaycanda dünya standartlarına cavab verən tibb müəssisələri çoxdur. Belə tibb ocaqlarından biri də Yeni Nəsil Tibb Mərkəzidir. Müasir tələblərə cavab verən Tibb Mərkəzi texniki avadanlıqlarla təchiz olunmuş, əhaliyə tibbi xidmət ən yüksək səviyyədədir.
Yeni Nəsil Tibb Mərkəzinin baş həkimi Qətibə Abdullayevanın bu səhiyyə ocağının uğurlu fəaliyyətində xidmətləri böyükdür. Tibb Mərkəzində nizam – intizama riayət edilməsi, xəstə - həkim münasibətlərinin yüksək səviyyədə olması, xəstələrə göstərilən qayğı, peşəkar həkim kadrlarının çoxluğu, müalicə və müayinələrin yüksək səviyyədə aparılması, insanların bu səhiyyə ocağına daha çox müraciət etməsinə səbəb olub. O, kollektivin, rəhbərliyin və ona üz tutan bütün insanların hörmətini qazanmış peşəkar həkimdir. Onun üçün ən böyük mükafat da məhz budur - xalqın sevgisi, hörməti. Bu, insan əməyinin əvəzsiz mükafatı - dəyəridir ki, bu dəyəri ona xalq verir.
Tibb ocağında yaradılmış nizam-intizam, xəstələrə qarşı xoş rəftar, hər bir xəstəyə xüsusi qayğının nəticəsidir ki, bu tibb ocağına müraciət edən pasiyentlərin sayı ilbəil artır. Müraciət edən hər bir vətəndaş burada şəfa tapır, sağlamlığına qovuşur. Tibb Mərkəzində öz işinə məsuliyyətlə yanaşan, peşəkar həkimlər çoxdur. Hamımızın gələcək sağlamlığımızın qeydinə qalmağı özlərinə vəzifə edən şərəfli peşə sahibləri-həkimlərimiz barəsində nə qədər xoş sözlər, gözəl ifadələr işlətsək yenə də az olardı. Çünki onlar həyatdakı ən vacib, ən dəyərli nemət olan can sağlığı kimi gözəl hədiyyəni bizlərə bəxş edirlər.
Bir sözlə həkimlərimiz dünyada ən nəcib ürəkli, ən saf duyğulu insanlardır. Əsil həkim allahın xeyir duasını almış mələkdir, xilaskardır.
Yeni Nəsil Tibb Mərkəzinin baş həkimi Qətibə Abdullayeva haqqındadır açıqlamamız. Artıq uzun müddət bu yolda şərəflə addımlayan Qətibə həkim ömrünün gecəsini-gündüzünü qadınların sağlamlığı, yolunda həsr etmiş bir həkimdir. İşini çox sevir və öhdəsindən layiqincə gəlir Qətibə həkim. Ona üz tutan insanlar isə həmişə bu əli şəfalı həkimin təyin etdiyi dəqiq diaqnozdan razılıqla ayrılır, ona hər zaman dua edir, can sağlığı arzulayırlar. Çünki bu həkim neçə-neçə qadınların həyatına, ömrünə nur, şəfa bəxş etmişdir.
Əziz və hörmətli həkim-ginekoloq Qətibə Abdullayeva! Sizin elmi biliklərinizin, təcrübənizin bar bəhəri təyin etdiyiniz dəqiq diaqnozlardır. Fəaliyyətiniz boyunca çəkdiyiniz zəhmətlər və yaratdığınız gözəlliklər nuri- ziya olub yollarınıza çilənsin. Bütün işlərinizdə uğurlar, ailənizlə, əzizlərinizlə bərabər sizə sizə uzun ömür və xoşbəxt həyat arzulayırıq. Bir daha Qətibə həkimə uğurlar diləyir, işinin, halal zəhmətinin layiqincə bəhrəsini görməyini arzu edirəm.
Gün ərzində onlarla arzusunda olan qadınlara ana olmaq hissini yaşadan Qətibə həkim, onlarla bərabər həmin hissləri, həyəcanı və sevinci yaşadığını söyləyir.
Bölməyə aid digər xəbərlər