Abşeron Rayon Mərkəzi Xəstəxanasında xəstəxananın Keyfiyyətə nəzarətin idarə olunması üzrə məsul şəxsi Könül Sadıqova “Arzu olunmaz halların bildiriş sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda geniş məruzə ilə çıxış edib. O, bildiriş sisteminin məqsədi, işləmə prinsipləri, mövcud mərhələlər və bu sahədə beynəlxalq təcrübənin tətbiqi barədə ətraflı məlumat verib.
K.Sadıqova vurğulayıb ki, arzu olunmaz halların düzgün qeydiyyatı və təhlili səhiyyə müəssisələrinin keyfiyyət göstəricilərinin yüksəldilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Çıxışlarda arzu olunmaz halların bildirilməsi sisteminin tibb müəssisələrində təhlükəsizliyin təmin olunmasında və risklərin azaldılmasında mühüm rol oynadığı qeyd olunub. Həmçinin müzakirələr zamanı sistemin daha səmərəli tətbiqi üçün görüləcək növbəti addımlar barədə fikir mübadiləsi aparılıb.
Rəsmi hissədən sonra qonaqlar xəstəxananın müxtəlif şöbələrinə baxış keçiriblər. Tanışlıq zamanı şöbələrdə yaradılan şərait, istifadə olunan müasir tibbi avadanlıqlar və pasiyentlərin rahatlığı üçün görülmüş işlər barədə ətraflı məlumat verilib.
Bölməyə aid digər xəbərlər
















