Şuşa DYP-nin rəisi qəzaya düşdü: Ölən və yaralananlar var ...

Füzuli rayonunda yol polisi avtomobilinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, martın 13-də saat 14 radələrində Füzuli şəhəri ərazisində Novruz Orucovun idarə etdiyi “Mercedes-Benz” və İ.Hümbətovun idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillər toqquşub. Nəticədə N.Orucov və sərnişini Təvəkkül Əliyev hadisə yerində ölüb, digər sürücü və 3 sərnişini xəstəxanasına yerləşdiriliblər.
Baş verən ağır yol-nəqliyyat hadisəsində xəsarət alan İlqar Hümbətov Şuşa Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin rəisidir. 
Bununla bağlı “Qafqazinfo” məlumat yayıb. 
Mayor rütbəli İ.Hümbətov da qəzada xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Füzuli Rayon Polis Şöbəsində araşdırma aparılır.
Hadisənin görüntülərini təqdim edirik:


Tarix: 14-03-2022, 16:33 Oxunub: 453


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930