11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
"AYGÜN DÜNYASI"NA SƏYAHƏT

    Aygün Sadiqlə söhbət edərkən insan özünü tamamilə başqa bir aləmdə hiss edir, o qədər səmimi, qəlbinin dərinliyindən süzülüb gələn, odlu, alovlu hisslərini peşəkar natiqlik bacarığı ilə ifadə edir ki, adam istər-istəməz bir anlıq özünü "Aygün Dünyası"nda  hiss edir.
Şairənin sənət bağçasından bir yarpağı təqdim edirik: 
 
  MƏNƏ BİR ŞEY OLSA

Mənə bir şey olsa, ağlayarsanmı?
-Sənə bir şey olmaq? Bu, asan deyil,
Mən ki yanındayam, demək,  bu qadın
Daha kədər nədir tanıyan deyil.

Mənim suallarım yersiz görünmüş,
Onun cavabları əmin və qəti
(Subaykən bilməzdim, dəyişilərmiş
Həyat yoldaşımın səmimiyyəti)...

- Mənə bir şey olsa...
-Dəyiş söhbəti, 
Son günlər nə yaman kövrəlib qəlbin!
Kədərin hardadır o cəsarəti
Mənim qadınımın qəlbinə girsin?!

-Mənə bir şey olsa...
-Başlama yenə,
Tamam əsəbimi tarım çəkibsən,
Bu gün işimdə də gedib dərinə
Müdirə dedim ki, "çıxıram işdən".


-Mənə bir şey olsa...
-Kəsmə önümü,
İmkan ver, bir dəfə dincəlim axı,
Elə yorğunam ki, bazar gününü 
Anbaan gözlədim, gəzməyə çıxım.

-Mənə bir şey olsa...
-Nə edim? Söylə!
Hər dəfə eyni şey soruşdun, adam,
Qəsdənmi edirsən? Hə, bilə-bilə, 
Eyni cür sualın bezdirir tamam!

Elə eləmə ki, nəhz danışıqdan
Yorulub səninlə ülfəti kəsim,
Qoy təkcə danışaq qazdan, işıqdan,
Mənə qalmayıb ki dərdi heç kəsin.

Daha soruşmadım o sualı mən, 
Səssizcə döyündü inciyən ürək, 
Sən bir taleyə bax: mən xəstə ikən,
Ölüm onu aldı qəfil gələrək.

Mənə bir şey oldu... Ağladım az-maz,
Üç körpə balamın atası üçün, 
Həqiqi yaşları əsirgədi göz
Həyat yoldaşımın öldüyü o gün.

Gözlərim qıymadı ağlaya ona,
Dedi: "Nə verdi ki, kədərdən savay?
Bizi güldürməyən qaba insana
Yox bir, nə ağlamaq? Bizi məzur say!".

Gözlər haqlı idi: bircə dəfə də
Verdiyi diqqəti görmədi ondan,
Ürək də dilləndi o ərəfədə,
Dedi: "İncidərdi məni də yaman".

Bəli, əzizlərim, ölüm vaxt demir, 
Cavabsız qoymayın siz sualları, 
Bir də görərsən ki, qəfil ölübsən,
Səni götürürlər məzara sarı.

AYGÜN SADİQ


Tarix: 25-01-2024, 10:08 Oxunub: 156


Bölməyə aid digər xəbərlər