13:17 / 02-12-2024
Sabah hava necə olacaq?
TAHİR ŞAYLININ SƏNƏT BAĞÇASINA SƏYAHƏT

   Vəliyev Tahir Şamil oğlu  5 may 1957-ci ildə Qazax rayonu Çaylı kəndində fəhlə ailəsində anadan olmuşdur. 1964-cü ildə Çaylı kənd orta məktəbinin birinci sinifinə daxil olub, 1974-cü ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir.  1975-ci ildə  Tovuz rayonunda sürücülük kursunu oxumuşdur.    M.F.Axundov adına APİ-ni (indiki Slavyan Universiteti) bitirmiş, 1979-cu ilin sentyabr ayından Qazax rayonu Qızıl-Hacılı natamam orta məktəbində rus dili müəllimi kimi fəaliyyətə başlamışdır. Sonra Sovet Ordusu sıralarına hərbi xidmətə yollanmışdır. 1992-ci ildə yeni yaranan gömrük sisteminə keçmiş, Agstafa gömrükxanasının ümumi şöbənin rəisi vəzifəsinə təyin edilmiş və 2003-cü ilin iyul ayına kimi gömrük sistemində çalışmışdır. 2003-cü ildən işsiz-təqaüdçüdür. Hal-hazırda Qazax rayonu Çaylı kəndində yaşayır.
 Hələ uşaq yaşlarından poeziyaya güclü maraq göstərən Tahir Vəliyev bir çox yadda qalan şeirlər yazmışdır.
Sonradan "Tahir Çaylı" təxəllüsü ilə tanınan şairin yazdığı seirlər ictimaiyyətin dərin rəğbətini qazanmışdır.
ATİA.AZ saytı  olaraq istedadlı şairə daha böyük sənət uğurları arzulayırıq və şarin bir neçə şeirini elə onun özünün səsləndirməsində sizlərə təqdim edirik.

 


Tarix: 7-07-2024, 15:14 Oxunub: 966


Bölməyə aid digər xəbərlər