11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Çörək sexinin işçisi müştəri tərəfindən bıçaqlandı... - GƏNCƏDƏ

Gəncədə bıçaqlanma hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin "Köhnə Yevlax Avtovağzal"ı adlanan ərazisinin yaxınlığında yerləşən çörək sexlərinin birində qeydə alınıb.

1988-ci il təvəllüdlü Araz Xəlilov sol  diz nahiyəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib.Dərhal xəstənin yarası tikilib, vəziyyətinin kafi olduğu bildirilir. 

Məlumata əsasən A.Xəlilov çörək sexinə gələn müştəri tərəfindən bıçaqlanıb. 

Belə ki, müştəri bir neçə dəfə sexdə  mübahisə edib. Bu gün səhər saatlarında müştəri çörək sexinə gələrək sexin işçisi A. Xəlilovla növbəti dəfə mübahisə edib və ona bıçaqla xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.

Tarix: 6-03-2022, 21:29 Oxunub: 228


Bölməyə aid digər xəbərlər