Paytaxtın Səbail rayonu, Nizami (Torqovı) küçəsindəki kanalizasiya quyularından birində baş vermiş tüstüləmə ilə əlaqədar polis əməkdaşları vətəndaşları təhlükəsiz əraziyə təxliyə edib, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkaşlarını dəvət ediblər.
Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə paytaxtın Səbail rayonu, Nizami küçəsində yeraltı rabitə xətlərində yanğın baş verməsi barədə məlumat daxil olduqdan dərhal sonra Yanğından Mühafizə Xidmətinin əməkdaşları əraziyə cəlb olunub.
Yanğın söndürülüb. Hazırda Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri hadisə baş verən ərazidədir.
İlkin ehtimala görə, Səbail rayonunda, H.Z.Tağıyev küçəsində rabitə quyusunda partlayış olub.
Hadisə zamanı xəsarət alan olmayıb. Bildirlib ki, vəziyyət nəzarət altındadır.
Hazırda hadisənin hansı səbəblərdən baş verməsi araşdırılır.
Bölməyə aid digər xəbərlər