11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Vətən müharibəsi veteranı: “Ermənilər qarşısında məğrur dayanmışdım, 15-ci polis bölməsində isə məni sındırmağa çalışdılar”

Bəri başdan qeyd edək ki, Azərbaycanın polisinin fədakar xidmətləri sayəsində bu gün ölkəmizdə sözün həqiqi mənasında əmin-amanlıq hökm sürür. Biz bu misilsiz fəaliyyətilə aşayişimizi qoruyan polislərimizə minnətdarlığımızı bildirir və onlara öz işlərində uğurlar arzulayırıq. 
 
Bununla belə, etiraf etməliyik ki, hər yerdə olduğu kimi, polis orqanlarında da peşə səlahiyyətlərindən necə gəldi istifadə edənlər var və onlar hər kəsdən daha çox öz şərəfli missiyasını ləyaqətlə həyata keçirən həmkarlarına zərbə vururlar. Odur ki, vəzifə səlahiyyətlərini aşan, çiyinlərində daşıdıqları paqondan istifadə edib vətəndaşları əzən belə ünsürlərə qarşı mübarizə əslində polis orqanlarımıza xidmətdir. Zira bir “yabı bir ilxının adını batırdığı” kimi, bəzi paqonlular (onlara polis demək günahdır) da polisin adını ləkələyirlər.
 
II Qarabağ döyüşçüsü Allahverdiyev Elvin Saday oğlunun  Ölkə Başçısına ünvanladığı açıq məktubunun da məhz “ilxının adını batıran yabıları” təsbit etmək baxımından faydalı olduğunu nəzərə alıb, onu kiçik ixtisarlarla diqqətinizə çatdırırıq. Ümid edirik ki, DİN-nin dəyərli yetkililəri vətəndaşın şikayətini araşdıracaq və müvafiq ölçülər götürəcək.
 
Şikayət məktubunda deyilir:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
 
surəti: Azərbaycan Respublikasının Birinci vitse-prezident Mehriban xanım Əliyevaya
 
Bakı şəhər Nizami rayon Qara Qarayev prosipektində yaşayan Vətən müharibəsi iştirakçısı Allahverdiyev Elvin Saday oğlu tərəfindən
 
ŞİKAYƏT  ƏRİZƏSİ
 
Hörmətli Prezident, hörmətli Mehriban xanım, yazaraq Sizə bildirmək istəyirəm ki, mən, 1994-ci il təvəllüdlü Allahverdiyev Elvin Saday oğlu 29 sentyabr 2020-ci il tarixdə könüllü olaraq sürücü vəzifəsində Vətənimin azadlığı uğrunda başlamış müharibəyə qatılmışam. Qubadlı, Zəngilan və Cəbrayıl istiqamətində olan döyüşlərdə çox fəal mübarizə aparmışam. Döyüş zamanı düşməndən qənimət olaraq 2 ədəd URAL markalı avtonəqliyat vasitəsi və 1 ədəd BRDM zirehli kəşfiyyat-mühafizə maşını götürərək, Azərbaycan Ordusuna təhvil vermişəm. 3 yanvar 2021-ci il tarixdə təxris edilmişəm. Hərbi xidmət dövründə aldığım psixi  sarsıntılar səbəbindən həkim məsləhəti ilə psixiatrik dərmanlarla bir müddət müalicə almışam.
 
Çox Hörmətli Cənab Prezident!
 
Təəssüf içərisində bildirmək istəyirəm ki, düşmənin qarşısında məğrur dayanıb diz çökmədiyim halda, Bakı şəhər Sabunçu rayon 15-ci Polis Bölməsi tərəfindən sındırılmağa çalışıldım. Belə ki,19/02/2021 il tarixdə gecə saat 3 radələrində tanış bir müştəri mənə zəng edərək taksi sifariş etdi. İstifadəmdə olan icarəyə götürdüyüm avtomobillə Sabunçu rayon Zabrat qəsəbəsi istiqamətində hərəkət edərkən, ərazi üzrə post-patrul xidmətinin əməkdaşları (niyə yol polisi yox, post-patrul xidməti? – Ovqat.com) yolda məni saxladılar. Polis serjantı mənimlə kobud danışaraq abtomobilimdə əyləşib axtarış etməyə başladı. Sonra heç nə tapmadığını görüb, söyüşlə danışaraq məni və müştərilərimi Sabunçu rayon 15-ci Polis bölməsinə apardı. Mən ona bildirdim ki, "Cənab Prezidentimiz müharibə iştirakçılarını incitməyin deyir. Axı mən Vətən müharibəsi Veteranıyam". O isə "Boş-boş sözlərlə özünü yorma. Prezident nə deyir desin, sənə hörmət etməyəcəm",-dedi. Sonra polis bölməsində də adını bilmədiyim həmin serjant dəfələrlə “əclaf”, “narkoman”, - deyib məni təhqir etdi. Hətta zalımcasına başıma şillə ilə bir neçə dəfə vurdu. Sonra məni Nəzarətxanaya (PKZ) saldılar. İçəridə olduğum vaxt təbii ehtiyacımı qarşılamaq üçün məni tualetə belə, buraxmadılar. Daha sonra bir polis letenantı məni çəkiliş kamerasının olmadığı yerə apardı. Məni bir neçə dəfə vuraraq hədə-qorxu gəldi. Sonra məni 2-ci mərtəbədə yerləşən təhqiqatçılar otağına apardılar. Orada adını bilmədiyim bir təhqiqatçı mənə bildirdi ki, "zəng et, valideynlərin gəlsin. 500 manat pul gətirsinlər.Yoxsa sənin üzünə şahid durub Məhkəməyə verərək cinayət işi açdıracağam". Nə qədər dil tökdüm, xahiş etdim ki, maddi imkanım yoxdu. Məni buraxın, gedim 200 manat borc alım gətirim. Lakin mənimlə razılaşmadı. Mən də valideynlərimə zəng edib, 15-ci Polis bölməsində olduğumu və təcili olaraq 500 manat tapıb gətirməsini tələb etdim. Elə həmin gecənin səhəri atam məcburi halda faiz götürüb onların dediyi 500 manat rüşvəti ödəyərək məni azadlığa buraxdırdı
 
Hörmətli Prezident, hörmətli Mehriban xanım, Sizdən kömək istəyirəm. Sizdən xahiş edirəm, məni söyüb, vuran polis serjantını və polis letenantını qanunun müvafiq maddələrilə cəzalandırasınız. Həmçinin həmin təhqiqatçının, məni həbs etdirmək hədə-qorxusu ilə valideynlərimdən aldığı haqqımız olan 500 manatı rüşvəti faizi ilə geri qaytarılması üçün tapşırıq verəsiniz və onu da qanunun müvafiq bəndləri ilə cəzalandırasınız! 
  Polisin rəsmi mövqeyini nəinki dərc etməyə hazırıq.
ovqat.com


Tarix: 27-02-2021, 10:28 Oxunub: 534


Bölməyə aid digər xəbərlər