Süni intellekt intihar etmək istəyən insanları müəyyənləşdirməyə başladı

    Tailandda süni intellekt texnologiyasından depressiyaya düşən və intihar etmək istəyən insanlara kömək etmək üçün istifadə olunmağa başlanılıb. Tailandın Milli Sağlamlıq Təhlükəsizliyi Ofisi (NHSO) tərəfindən istifadə edilən “AI DMIND” adlı süni intellekt texnologiyası xəstələrin psixoloji vəziyyətinin qiymətləndirilməsini asanlaşdırır.
    Tailand Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Bölməsi və Banqkok Çulalonqkorn Universitetinin Sağlamlıq və Mühəndislik fakültələri tərəfindən birgə hazırlanmış süni intellekt texnologiyası nazirliyin arxivindəki xəstələrlə bağlı səs yazılarını təhlil edir və depressiya əlamətlərini, intihar düşüncələrinə meyilliliyi aşkar edə bilir.
   “AI DMIND” texnologiyası sınaq mərhələsində Tailandın təcrübəli psixiatrları tərəfindən qiymətləndirilib və ilkin nəticələrə əsasən, diaqnozlarının dəqiqliyi qənaətbəxş hesab edilib.


Tarix: 18-03-2024, 14:30 Oxunub: 220


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930