Adıyamanda 198-ci saatda daha bir nəfər xilas edildi - VİDEO

Kahramanmaraşda baş verən zəlzələdən 198 saat sonra yeni möcüzə yaşanıb.
18 yaşlı Muhammed Cafer Çetin dağıntılar altından sağ olaraq çıxarılıb.
Türkiyə Silahlı Qüvvələrinin axtarış-xilasetmə qrupları, Zonguldak mədən işçiləri, UMKE və digər qruplar 7 mərtəbəli binanın dağıntıları altında qalan 18 yaşlı Muhammed Cafer Çetinə çatıb. Çetin 198 saat sonra xilas edilib.
O, tibb qrupları tərəfindən xəstəxanaya aparılıb.
Qeyd edək ki, Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatları zamanı 198 saatdan sonra binanın dağıntıları altından iki nəfəri sağ çıxarıblar.
Azərbaycanlı xilasedicilər iki qardaşı – 17 yaşlı Muhammed Enes və 21 yaşlı Abdulbakini - uçurumların atından xilas edərək aidiyyəti üzrə təhvil veriliblər.


Tarix: 14-02-2023, 13:28 Oxunub: 279


Bölməyə aid digər xəbərlər


«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930