İkinci Qarabağ döyüşlərinin şəhidi Xalid Mahmud oğlu Hassanın nənəsi Türkiyədə zəlzələ qurbanlarına dəstək olub.
Bu barədə şəhidin anası Maya Quliyeva sosal şəbəkədə paylaşım edib.
Şəhid anası bildirib ki, Xalid Hassanın nənəsi iki əlil arabası və qol dəyənəkləri göndərir. Düzdür nənə dua edir ki, ehtiyac olmasın. Amma ehtimal olaraq bunu edib.
Bu da videonu izləyənləri həm duyğulandırıb, həm də rəğbətinə səbəb olub.
QEYD: Xalid Hassan 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə, həmçinin Talış və Ağdərə istiqamətlərində gedən döyüşlərdə savaşıb. Xalid Hassan noyabrın 4-də Kəlbəcər-Şuşa yolunun Ağdərə sahəsində şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xalid Hassan ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Xalid Hassan ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Xalid Hassan ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilib.
Bölməyə aid digər xəbərlər