11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
8 aylıq körpə həyatla mücadilədə, ana isə “Baku Medikal Plaza”ya 40 min manat borc üzündən kömək axtarışında…

Meydanda tək qalan ana körpəyə görə xəstəxanaya 40 min manatdan çox borclanıb
Nuray Bağırova vur-tut 8 aylıqdır. Bunun 4-cü ayıdır ki, o, “Baku Medikal Plaza”nın reanimasiya şöbəsində süni tənəffüs aparatına bağlanıb. Vəziyyəti ağırdır, qarşıda onu əməliyyatlar gözləyir. İndiyədəksə onun müalicələrinə görə anası Sveta Zeynalovanın “Baku Medikal Plaza”ya 40 min manat borcu yaranıb.
Sveta Zeynalova Meydan.ty-yə danışır ki, Nuray onurğa beynindən zədələnib və iki dəfə ağır cərrahiyyə əməliyyatı keçirib. Körpə qızcığazı yenə əməliyyat masası gözləyir. Boynuna qoyulmuş implantlar əməliyyat yoluyla çıxarılmalıdır. Ancaq maddi imkan olmadığından əməliyyat gecikir.
Süni tənəffüs aparatı da alınmalıdır”
“Nurayın həyatda qalması üçün vacib olan “Hemilton” süni tənəffüs aparatı alınmalıdır, həm də təcili alınmalıdır. Aparatın qiyməti isə 23 min avrodur”, – Sveta Zeynalova deyir.
Ana deyir, hamiləlik dövründə ailə üzvlərindən gördüyü fiziki şiddətlər bətnindəkinə də təsirsiz ötüşməyib. Körpənin bundan sonrakı taleyi isə insanların mərhəmətinə qalır:
“Klinikaya borcum 40 min manatı aşır. Üstəlik 23 min manat da aparatın qiyməti… Hələ qarşıdakı əməliyyata da maddi imkan yoxdur. İnsanlardan balamın həyatda qalması üçün maddi dəstək istəyirəm”.
Xəstəxana borcu tələb edir”
Yanvarda Nurayın üzərində növbəti cərrahiyyə əməliyyatı aparılmalıdır. Ancaq ana əgər xəstəxananın borcu ödənilməzsə, tənəffüs aparatı alınmazsa, həmin əməliyyatın sual altına düşdüyünü deyir:
“Xəstəxana borcu tələb edir, artıq həkimlər də düşünür ki, pul olmadığına görə əməliyyat da baş tutmayacaq. Bir ana olaraq körpəmin gözümün önündə itirilməsinə dözə bilmirəm. Xeyirxah insanlardan kömək istəyirəm, Nurayıma sahib çıxsınlar, ona nəfəs versinlər. Mənim balamdan başqa kimsəm yoxdur həyatda…”
İndiyədək xəstəxanaya yaranmış toplam 65 min manatdan 25 min manatı da ianələr sayəsində ödənilib. Ana deyir, Nuraya yardımçı olmaq üçün ianə etmək istəyənlər pulu  birbaşa “Baku Medikal Plaza”ya da köçürə bilərlər.
Baku Medikal Plazadan bildirilib ki, hazırda körpə reanimasiya şöbəsində süni nəfəs aparatına bağlı vəziyyətdədir və ciddi həkim nəzarətindədir. Xəstəxanadan Nuraya görə toplam borcun 40.321 manat olduğu bildirilib.


Tarix: 31-10-2021, 15:39 Oxunub: 465


Bölməyə aid digər xəbərlər