11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
AZƏRBAYCANDA SENSASİON OLAY: Ağır Cinayətlər Məhkəməsinin sədrini sərxoş halda polis tutdu

Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Natiq Əliyev sərxoş vəziyyədə karantin qaydalarını pozduğu üçün saxlanılaraq, polisə aparılıb.
GUNinfo.az-ın xəbərinə görə, hadisə aprelin 21-də Gəncənin Kəpəz stadionunun yaxınlığında baş verib.
Məhkəmə sədrinin saxlanılmasına səbəb isə onun sərxoş olması ilə yanaşı tibbi maskadan istifadə etməməsi və polisə müqaviməti olub.
Belə ki, məhkəmə sədrinə yaxınlaşan Post-Patrul Xidmətinin əməkdaşları onu sorğu-sual edərkən mübahisə düşüb.
Polislərə qarşı aqressiv münasibət göstərən Natiq Əliyev onlara sənəd təqdim etməkdən imtina edərək, müqavimət də göstərib.
Qarşılıqlı mübahisənin sonunda Natiq Əliyevi polisə gətiriblər. Araşdırma zamanı onun məhkəmə sədri olduğu üzə çıxdığından barəsində inzibati tənbeh tədbiri görülməyib və Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyevin göstərişi ilə qanunları pozan və polis nəfərinə qarşı kobudluq edən məhkəmə sədri sərbəst buraxılıb
Gəncə Baş Polis İdarəsinin rəisi general Teymur Hacıyevin bu hərəkəti isə adıçəkilən şəhərdə hər kəsin qanun qarşısında bərabərlik prinsipinə nə dərəcədə əməl olunmasının göstərcisi kimi qiymətləndirilə bilər. 
Gununsesi.info


Tarix: 23-04-2021, 22:34 Oxunub: 354


Bölməyə aid digər xəbərlər