11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Gəncləri intihara aparan yol, yaxud Gənclər və İdman Nazirliyinin İntiqamı...

Son günlər intihara əl atanların sayında artım müşahidə edilir. Xüsusilə gənclərin bu yolu seçməsi, erkən yaşlarında həyatlarına son qoyması məsələnin ciddiyyətindən xəbər verir. Artıq SOS siqnalı verməyin zamanıdır desək, yanılmarıq. 

Təbii ki, intiharlar dalğasının alt qatında müxtəlif səbəblər dayana bilər. Özəlliklə intihar təkcə, bir aspektdən yox, bir neçə prizmadan araşdırılmalıdır. İctimai münasibətlər, bunların insan həyatına hansı formada təsiri də təhlil olunmalıdır.
Bəs aidiyyatı qurumlar bununla bağlı bütün gərəkli addımları atırmı? Ölkədə artan acı intihar statistikası ilə bağlı ciddi reaksiya verilibmi? Gənclərlə görülən işlər kifayət edirmi, ya da bu istiqamətdə hansısa iş görülürmü?
Bəllidir ki, ölkədə gənclərə bu və ya digər dərəcədə məsul olan qurumlar var. Bu baxımdan Gənclər və İdman Nazirliyinin adını vurğulamaq yerinə düşərdi. Nazirlik cəmiyyətdə gənclər siyasətinə struktur olaraq rəhbərlik edir. Lakin qurum ölkəni uçuruma sürükləyən hadisələrlə bağlı susur. Gənclərin intiharları istiqamətində hansısa çevik reaksiya, bir müşavirə, quru bir iclas görmürük. Qarşılığında isə vaxtsız bitən ömürlər, gözüyaşlı analar, atalar danışır...Sual yaranır ki, Gənclər və İdman Nazirliyi nə edir? Qurumun tərpənmək kimi bir fikri varmı?
Hazırda nazirlik başsız qalıb desək, yalan olmaz. Məlumdur ki, Gənclər və İdman naziri Azad Rəhimov uzun müddətdir, səhhəti ilə bağlı yoxdur, o, ABŞ-da müalicə alır. Digər tərəfdən Rəhimovun səlahiyyətlərini nazir müavini İntiqam Babayev icra edir. Bu barədə artıq qurumun mətbuat katibi Səmayə Məmmədova yerli mediaya məlumat verib. 
Məlumat üçün bildirək ki, İntiqam Babayev 21 ildir ki, nazir müavinidir. O bu vəzifəyə sabiq nazir Əbülfəs Qarayevin təqdimatı əsasında təyin edilib.
Maraqlıdır, nazir müavini intiharın gəncləşdiyi indiki dövrdə hansı işlə məşğuldur? Gənclərin intiharı nazir müavinini, ümumiyyətlə, qurumu narahat edirmi? Görünür, hələ ki yox. 
Məlumdur ki, Azərbaycanda gənclərlə bağlı kifayət qədər normativ hüquqi baza formalaşıb. Görüləcək işlərlə bağlı konkret olaraq həm Gənclər və İdman Nazirliyi, həm də digər aidiyyəti dövlət qurumları qarşısında vəzifələr qoyulub. Elə nazirliyin öz əsasnaməsində də vəzifələrlə əlaqəli maddələr öz əksini tapıb. Məsələn; 8.15- ci maddə - gənclərin təhsil və sosial problemlərinin həllinə öz səlahiyyətləri çərçivəsində yardım etmək. Və ya  8.20—ci maddə - gəncləri narkomaniya, cinayətkarlıq və digər zərərli vərdişlərdən uzaqlaşdıraraq sağlam həyat tərzinə uyğun yetişdirmək üçün öz səlahiyyətləri daxilində profilaktik tədbirlər görmək, bu məqsədlə aidiyyəti icra hakimiyyəti orqanları və qeyri-hökumət təşkilatları tərəfindən keçirilən tədbirlərdə yaxından iştirak etmək.  Maddə var, icra yox....
Təəssüf ki, İntiqam Babayevin nazirin vəzifəsini icra etdiyi dönəmdə tədbirdən, gənclərlə işlərdən, atılan addımlardan çox durğunluq müşahidə edirik. Daha neçə gənc həyatına son qoymalıdır ki, qurum hərəkət keçsin? Neçə evin ocağı sönməlidir ki, nazir müavini və ya digər səlahiyyətli şəxslərin yuxusu ərşə çəkilsin.
Bu, bizə də məlum deyil. Tək çarə susqunluğun pozulmasını gözləməkdir.
 
                İnci


Tarix: 10-03-2021, 23:09 Oxunub: 386


Bölməyə aid digər xəbərlər