Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birinci kurs tələbəsi özünü asdı

Qəbələ rayonunda intihar hadisəsi qeydə alınıb.
Hadisə Zərgərli kəndində baş verib.
Kənd sakini, 2003-cü il təvəllüdlü Seymur İlqar oğlu Əsgərov özünü yaşadığı evin həyətindəki tövlədə asıb. Onun meyitini ailə üzvləri aşkarlayıb.
Qeyd edək ki, 18 yaşlı S.Əsgərov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birinci kurs tələbəsi olub.
Faktla bağlı araşdırma aparılır.

“İntihar edən Seymur Əsgərov nümunəvi tələbə idi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birinci kurs tələbəsi Seymur Əsgərovun intihar xəbərini dərin kədər və təəssüf hissilə qarşıladıq“ - bu sözləri Akademiyanın Mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev deyib.
O bildirib ki, birinci kursda, məşqçilik ixtisası üzrə təhsil alan Seymur onlayn dərslərdə fəallığı ilə seçilən, nümunəvi və çalışqan tələbə olub: “Birinci semestrdə verdiyi bütün imtahanların hamısından müvəffəqiyyətlə keçib. Belə nümunəvi bir tələbəsini itirən Akademiyamız adından Seymurun ölümündən kədərlənir və onun ailəsinə bir daha dərin hüznlə başsağılı veririk.“


Tarix: 28-02-2021, 08:18 Oxunub: 570


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930