İmişli sakini borca görə əmisi oğlunu maşınla vurdu

İmişli rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Əldə etdiyimiz məlumata görə, hadisə Aranlı kəndində qeydə alınıb.
1991-ci il təvəllüdlü Vəliyev İsa Nadir oğlu ilə əmisi oğlu arasında borc üstündə mübahisə yaranıb.
Mübahisə sonda ağır xəsarətlə nəticələnib. İ.Vəliyevin qohumlarının dediyinə görə, əmisi oğlu idarə etdiyi “Range Rover” markalı avtomobillə bilərəkdən İ.Vəliyevi vurub. Müxtəlif xəsarətlər alan yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona sağ baldır və sol bud sümüklərinin sınıqları diaqnozları qoyulub.
İ.Vəliyevin vəziyyəti ağır olduğundan o, Bakıda yerləşən xəstəxanaların birinə göndərilib və reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.


Tarix: 10-02-2021, 11:09 Oxunub: 420


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930