16:40 / 23-02-2026
60 İLLİK ZİYALI ÖMRÜ
Sabahın hava proqnozu açıqlandı

Sabaha gözlənilən hava şəraitinin proqnozu açıqlanıb.

Milli Hidormeteorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Gündüz dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20°, gündüz 24-27° olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 40-45% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-17°, gündüz 23-28°, dağlarda gecə 5-10°, gündüz 10-15° olacaq.


Tarix: 16-09-2024, 13:21 Oxunub: 260


Bölməyə aid digər xəbərlər
22-07-2020, 19:41 Sabah yağış yağacaq
15-08-2024, 13:30 Sabah hava necə olacaq?
12-09-2024, 13:55 Sabah yağış yağacaq


«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031