Şəhid övladlarından Polad Həşimovun oğluna təbrik

Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun oğlu Davud Həşimov dörd xarici ölkədə yerləşən yeddi universitetdən qəbul olub. Buraya Kanada, ABŞ və digər ölkələrin bir sıra universitetləri daxildir.
 
Davud Həşimov artıq seçimini edib, o, universitetlərin reytinq sıralamasında TOP 100-ə daxil olan ABŞ-nin "Purdue" universitetində kompüter mühəndisliyi üzrə təhsil alacaq.
 
Şəhid övladları da Davudun uğuruna sevinib. Onlar Davud Həşimova öz təbriklərini belə çatdırıblar.
Şəhid polkovnik-leytenant Ramiz Qasımovun qızı Gülanə Qasımlı Davudun bu uğuruna çox sevindiyini bildirib: “İnanırdım ki, Davud bu nailiyyəti qazanmağa qadirdir. Milli Qəhrəmanımızın oğlu da elə qəhrəmandır. Əminəm ki, Davud Ölkəmizi bütün dünyada tanıdacaq. Əhsən! Gələcəkdə öz seçdiyi yolda hər zaman uğur qazanmağını arzulayıram”.
Şəhid Mayor Elnur Əliyevin oğlu Elvin Əlizadə də Polad Həşimovun oğlunun qazandığı uğuru yüksək dəyərləndirib: “Onun bu uğurunu yüksək qiymətləndirirəm. Gələcəkdə daha yaxşı nəaliyyətlərə çatmasını arzulayıram və çatacağına da inanıram”.
Şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev Davud Həşimovun atasının adına layiq oğul olduğunu deyib: "Davudu öpür, bağrıma basıram. Uğurlarının davamını arzulayıram. Hər zaman bundan da qat-qat yüksəklərdə olsun".


Tarix: 10-08-2024, 12:38 Oxunub: 694


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930