21:37 / 20-09-2024
15 yaşlı oğlan bıçaqlandı
İyulun ilk gününün hava proqnozu

İyulun 1-də Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək.
 
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, gecəyə doğru bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-25° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.
 
Azərbaycanın rayonlarında hava şəraiti əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 29-34° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-18° isti olacaq.


Tarix: 30-06-2024, 16:16 Oxunub: 251


Bölməyə aid digər xəbərlər
10-06-2024, 12:58 Sabah 35 dərəcə isti olacaq
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı
22-07-2020, 19:41 Sabah yağış yağacaq