16:40 / 23-02-2026
60 İLLİK ZİYALI ÖMRÜ
Ağcabədi polisi əməliyyat keçirdi: Saxlanılanlar var - FOTO

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının son günlərdə keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən ümumilikdə 11 nəfər saxlanılaraq məsuliyyətə cəlb ediliblər.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən Manset.az-a məlumata görə, Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə Hindarx qəsəbəsində yaşayan Xəzər Əsədov saxlanılıb. Onun üzərinə və yaşadığı ünvana baxış keçirilən zaman 1 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.
Bundan əlavə rayonun Hindarx qəsəbəsində və digər ərazilərində aparılan ardıcıl tədbirlər nəticəsində daha 10 nəfər saxlanılıb. Onlardan ümumi çəkisi 10 kiloqrama yaxın olan müxtəlif adda narkotik vasitələr aşkar olunaraq götürülüb.
Qeyd edilən faktlarla bağlı Ağcabədi RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılaraq zəruri istintaq hərəkətləri davam etdirilir.
 


Tarix: 4-11-2022, 11:10 Oxunub: 351


Bölməyə aid digər xəbərlər


«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031