Göyçayda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub-FOTO



Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücü saxlanılıb.
    DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayon sakini Emil Usubovun sürücülük hüququ olmadan idarə etdiyi “VAZ-2107” markalı avtomobil yol polisi əməkdaşları tərəfindən nəzarət-yoxlama qaydasında saxlanılıb.Sürücünün  narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib. Müayinənin nəticəsinə əsasən həmin şəxsin marixuana istifadə edib, sükan arxasına əyləşdiyi məlum olub.  Polis şöbəsində E.Usubov barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib və məhkəmənin də qərarı ilə o, 10 sutka inzibati həbs edilib.


Tarix: 4-05-2022, 15:14 Oxunub: 338


Bölməyə aid digər xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930