Hansı bürcdən olanlar daha çox hansı cür ölümə tuş gəlir? - Mütəxəssislər AÇIQLADI



Reytinqlər müxtəlif olur. Hətta ölüm hallarının da reytinqləri olur. Məsələn, ən çox can alan hansı xəstəlikdir, yaxud hansı bədbəxt hadisə, hansı təbii fəlakətdir. Amma bu dəfə sizə bir qədər fərqli reytinq təqdim edəcəyik.
Şimal qonşumuz Rusiya, bildiyiniz kimi, öz tanınmış astroloqları və ekstrasensləri ilə məşhurdur. Qara magiya da onlarda çox çiçəklənib. Lakin bu xəbər daha çox elmi əsaslı bir xəbərdir. Rusiyalı mütəxəssislər bir neçə min insanın ölüm səbəblərini onların hansı bürcdən olmaları ilə əlaqələndirərək, eləcə də ABŞ-ın Gallup rəyöyrənmə mərkəzinin hesabatlarına əsaslanaraq hansı bürcdən olanların daha çox hansı cür ölümə tuş gəldiklərini müəyyənləşdiriblər. Öz əcəli ilə ölmə hallarını çıxsaq, hansı xəstəliklərdən, hansı bədbəxt hadisələrdən insanların planlaşdırılmayan həyat itkiləri bürclərə uyğun insan ölümlərinin kvalifikasiyasını hazırlamağa imkan yaradıb. Rusiya astroloqları da bu elmi araşdırmalar əsasında mediaya müvafiq açıqlamalar veriblər. Astroloqlar əmindirlər ki, insanın doğum vaxtı mütləq onun taleyində əks olunur. Onlar bu və ya digər bürcə aid insanın müxtəlif əlamətlərə görə məhz hansı səbəbdən ölə biləcəyini təxmin ediblər.

Qoç işarəsi altında doğulmuş insanlar müxtəlif növ yaralanmalar almağa meyllidirlər. Onların ölüm səbəbi çox vaxt gözlənilməz olur. Bu, hətta başa tikintidən kərpic düşməsi, elektrik cərəyanı, lap elə ildırım vurması, qəfil ilançalma kimi qeyri-ənənəvi olüm halları da ola bilir.
Buğa nadir hallarda sağlamlığı haqqında şikayət edir və həkimlərin köməyinə müraciət edir. Ancaq xəstəliklər yaş artımı ilə kəskinləşir və ölümcül nəticələrə gətirib çıxara bilir, odur ki, onların inadkar müalicə istəksizliyi mütləq müalicə edilməlidir.
Əkizlər sinir sisteminin pozğunluqlarına meyllidirlər. Duyğulara nəzarət edə bilməmələri səbəbindən əksərən bədbəxt ölümə düçar olmağa risk edirlər. Münəccimlər onlara mütləq həyəcanı öldürməyi məsləhət görürlər.
Xərçənglər əksərən melankolik olduqlarından nadir hallarda özlərinə və uğurlu gələcəyə inanırlar. Onlar özlərini depressiyaya çəkə bilirlər, hansı ki, bu depressiyadan çıxmaq asan deyil və bəzən özləri özlərini şişirtmə, hətta uydurma əzabın ağuşuna belə salmağa meyllidirlər.
Şirlər daha çox ürək xəstəliklərinə məruz qalırlar. Astrologlar onlara psixi vəziyyətə təsir göstərə biləcək münaqişələrdən çəkinməyi məsləhət görürlər.
Qız bürcünün toxunulmazlığı güclüdür deyilə bilməz, lakin onlar adətən əsəbi möhkəm olurlar, qoca yaşlarına qədər yaşayırlar. Onların ölümünün ehtimal olunan səbəbi ən yaxşı halda hansısa xroniki xəstəlik, məsələn, mədə xəstəliyi, mədəaltı vəz xəstəliyi ola bilir.
Tərəzi bürcü nümayəndələrində ən ümumi xəstəlik böyrək problemləridir. Bundan başqa, həssaslıq da onların başlarına bir bəladır. Onları tənqidlə yaralamaq asandır. Bu insanlar sonuncuya qədər öz həqiqətlərini müdafiə etməyə cəhd etməyənlərdir habelə.
Əqrəblər həyatda kifayət qədər fəal olurlar, amma vaxtında sağlamlığa diqqəti yönəltməyi və ehtiyac duyulanda həkimə getməyi vacib saymırlar. Bu insanlar bağırsaq xəstəliklərindən əziyyət çəkə bilərlər. Onkologiya da istisna edilmir.
Oxatanların ehtimal olunan xəstəliklərinin siyahısına qaraciyər problemləri, vuruş və qırıq-sınıqlar daxildir. Ancaq xəstəliklərin hamısının qarşısını almaq olar, əgər vaxtında öz sağlamlığına qayğı göstərərlərsə.
Oğlaqlar zəif immunitetə malikdirlər, buna görə onlara zərərli vərdişlər qəti şəkildə əksdir. Onların erkən həyatdan getməsinin səbəbi siqaret çəkmək və ya artıq çəki ola bilir.
Balıqlar tənhalığa dözə bilmirlər. Bu səbəbdən onlar asanlıqla depressiyaya düşürlər və ya alkoqola, narkotik maddələrə meyl edib bunlardan asılı olurlar. Astroloqlar balıqların yaxınlarına xəstəxanada onları ziyarət etmək üçün daha çox vaxt ayırmalarını məsləhət görürlər.
Dolçalar hədsiz duyğusal olurlar, gecələr vicdan əzabı çəkir, tale barədə bədgüman düşüncələrdən əziyyət çəkir, yuxusuzluğa düçar olurlar. Onlar boş şeyləri ürəklərinə salmaqla əksərən infarktdan, ürək çatışmazlığından dünyalarını dəyişirlər.
Bu qədər, istəkli oxucularımız. Əlbəttə, bu o demək deyil ki, rusiyalı mütəxəssilərin və astroloqların bu qənaətləri yüz faizlik bir nəticədir. Hansı bürcdənsinizsə burada yazılan ehtimalları sadəcə diqqətə almağınız yaxşı olardı.
 
Edebiyyatveincesenet.az


Tarix: 16-11-2021, 14:07 Oxunub: 489


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı