Dr. Vüsal Cəfərov Gün ərzində onlarla arzusunda olan ailələrə övlad sağlamlığı yaşadan, anayla bərabər həmin hissləri, həyəcanı və sevinci yaşadığını söyləyir.













Əhali arasında kifayət qədər hörmətlə tanınan Vüsal Cəfərov  haqqındadır açıqlamamız. Artıq uzun müddət bu yolda şərəflə addımlayan Vüsal həkim  ömrünün gecəsini-gündüzünü məhz körpə fidanların sağlamlığı, yolunda həsr etmiş bir həkimdir. İşini çox sevir və öhdəsindən layiqincə gəlir Vüsal həkim. Ona üz tutan insanlar isə həmişə bu əli şəfalı həkimin təyin etdiyi dəqiq diaqnozdan razılıqla ayrılır, ona hər zaman dua edir, can sağlığı arzulayırlar. Çünki bu həkim neçə-neçə körpələrin  həyatına, ömrünə nur, şəfa bəxş etmişdir. Hələ uşaqlıq illərindən arzusu həkim olmaq idi, arzusu  Vüsal Cəfərovun.
Dr.Cəfərov hörmətli bir ailədə dünyaya gəlmişdir. Orta məktəbdə oxuduğu illərdə öz bilik və bacarığı, fəallığı ilə seçilən , ailəsinə layiq olmaq, ali təhsil almaq, özünəməxsus yer tutmaq, insanlara, xalqa gərək olmaq kimi ali hisslərlə yaşayan Vüsal orta təhsilini başa vurduqdan sonra sənədlərini Azərbaycan Tibb Universitetinə verərək daxil olmuşdur. O, tələbəlik illərində çalışqan və elmi – biliklərə dərindən yiyələnən tələbə olmaqla yanaşı Tibb Universitetinin ictimai işlərində fəallıq göstərmişdir.

Dr. Cəfərovun qısa həyat tarixçəsini oxucu kütləsinin diqqətinə çatdırırıq.


Təhsil

  • 2003-2009 Azərbaycan Tibb Universiteti, Pediatriya
  • 2011-2016 İstanbul Universiteti, Cərrahpaşa Tibb Fakültesinin Uşaq Cərrahiyyəsi və Uşaq Urologiyası bölməsində Uzmanlıq təhsili

Kurslar

  • 2011 Uşaqlarda Bronxoskopiya elmi Toplantısı, Türkiyə, İstanbul
  • 2012 Beynəlxalq Hipospadias Workshop - lll, Türkiyə, İstanbul
  • 2012 Türk Cərrahi Dərnəyi tərəfindən təşkil edilən Temel Cerrahi Kavramlar, Tutumlar və Beceriler mövzusunda kursunu başarı ilə bitirmişdir. Türkiyə, İstanbul
  • 2013 IV. Beynəlxalq Pediatrik Uroloji (PEDURO) Konqresi.Konya,Türkiyə
  • 2015 Beynəlxalq Uşaq Cərrahiyyəsi və Uşaq Urologiyası Konqresi, Türkiyə, Antalya
  • 2016 Beynəlxalq Uşaq Cərrahiyyəsi və Uşaq Urologiyası Konqresi- Kuzey Kıbrıs Türk Cümhuriyyəti
  • 2018 36-cı Beynəlxalq Uşaq Cərrahiyyəsi Konqresi.3-cü Beynəlxalq Pediatrik Endoskopik Yaxın Şərq Bölməsi Konqresi, İzmir, Türkiyə

Assosiasiyalarda üzvlük

  • Türk Təbiblər Birliyi
  • Türkiyə Uşaq Cərrahiyyəsi Dərnəyi
  • Cinsel Gelişim ve Hipospadias Dərnəyi

İcra edilən prosedurlar

  • anadangəlmə inkişaf qüsurları
  • ağciyərlərin kistik xəstəlikləri
  • sidik cinsiyyət sistemi xəstəlikləri (hidronefroz, hidroureteronefroz-sidik axarı darlıqları, vezikoureteral reflux, posterior uretral valv, hipospadiya, epispadiya, sidik kisəsi anamaliyaları, kriptorxizm)
  • həzm sistemi anomaliyaları; qida borusu atreziyası, traxeya ezofagialfistula, 12barmaq bağırsaq və bağırsağın digər hissələrinin atreziyası, diafraqma yırtıqları, anusun atreziyası, hirschsprung xəstəliyi, mekonial keçməməzlik, yenidoğulmuşlarda nekrotizian enterokolit, malrotasiya və volvlus-bağırsaq burulması, pilor darlığı, uşaqlarda qasıq yırtığı, hisroseli, qaraciyər və dalağın kistik xəstəlikləri
  • uşaqlarda təcili vəziyyətlər, invaginasiya (bağırsaq keçməməzliyi) appendisit, yad cisim udulması, yad cisim aspirasiyası, xaya və yumurtalıq burulmaları, boğulmuş qasıq yırtıqları və uşaqlarda travmalar.
Vüsal Cəfərovun  fikrincə həkim öz ixtisasını dərindən bilməklə yanaşı, əsl ziyalı olmalıdır. Təsadüfi deyil ki, Hippokrat həkimlikdə ən vacib 3 keyfiyyətdən birinin söz olduğunu göstərmişdir. Həkim gözəl nitq qabiliyyətinə malikdirsə, hələ xəstə ilə ilk ünsiyyətində onda ümid, inam yaratmaqla müalicəyə başlamış olur. Həkimin xoş sözü, mehribanlığı, həssaslığı, qayğıkeşliyi xəstənin vəziyyətinə bir qayda olaraq müsbət təsir göstərir. Ailəsindən, qohum və tanışlarından, dostlarından ayrı düşmək xəstələri kövrəldir. Fikrən həssas olan insan, xəstələndikdə daha da həssas olur. Yerində işlədilməyən sözə, hərəkətə qarşı ciddi reaksiya verir. Belə hallarda həkimin qayğısı,səmimiyyəti ən təsirli müalicə vasitəsidir.
Müqəddəs peşəsi, bilik və bacarığı və təyin etdiyi dəqiq diaqnozları ilə neçə-neçə körpələrin həyat eşqini özünə qaytaran, hər bir valideyinin ürəyində bir ümid çırağı yandıran Vüsal həkim ona müraciət edən xəstələrinin hər zaman sevimlisidir. Bütün uşaq uroloji xəstəliklərinin ,eləcə də  müayinə və müalicəsi üzrə peşəkar həkimlərdən sayılır.
Sözsüz ki, hansı sahədə çalışmasından asılı olmayaraq, əsas məqsəd işini sevərək yerinə yetirmək və gördüyün işlə insanlara, cəmiyyətə faydalı, gərəkli olmaqdır. Vüsal Cəfərovun timsalında isə sənətini dərindən bilən, həkim adını öz əməlləri ilə layiqincə doğrultmağı bacaran, işini vicdanla yerinə yetirən bütün həkimlərimiz bu cəmiyyətin ən gərəkli, ən çox ehtiyac duyulan və ehtirama layiq şəxsləridir. Bütün insanı keyfiyyətləri özündə formalaşdıran, ruhunu ilahiyə təslim edən Vüsal  həkim şəfalı əllərilə hələ neçə-neçə ailələrin  üzünü güldürüb, ailəsinə sağlamlığı hədiyyə edəcək.
Uroloji  xəstəliklərin dünyada , o cümlədən respublikamızda artan faiz üzrə irəliləməsini nəzərə alsaq onun üzərinə düşən vəzifənin nə qədər çətin və önəmli olduğunu vurğulamaq yerinə düşərdi.
Əziz və hörmətli həkim-uşaq cərrahı Dr. Vüsal Cəfərov!  Sizin elmi biliklərinizin, təcrübənizin bar bəhəri təyin etdiyiniz dəqiq diaqnozlardır. Fəaliyyətiniz boyunca çəkdiyiniz zəhmətlər və yaratdığınız gözəlliklər nuri- ziya olub yollarınıza çilənsin. Bütün işlərinizdə uğurlar, ailənizlə, əzizlərinizlə bərabər sizə sizə uzun ömür və xoşbəxt həyat arzulayırıq. Bir daha Vüsal həkimə uğurlar diləyir, işinin, halal zəhmətinin layiqincə bəhrəsini görməyini arzu edirəm.

Gün ərzində onlarla arzusunda olan ailələrə övlad sağlamlığı yaşadan Vüsal  həkim, anayla bərabər həmin hissləri, həyəcanı və sevinci yaşadığını söyləyir.
 

Tarix: 21-10-2020, 00:10 Oxunub: 286


Bölməyə aid digər xəbərlər
18-09-2020, 00:23 Peşəkar Səhiyyə İşçisi