Türkiyədə zəlzələ ilə bağlı artıq hər birimizin ürəyini sızladan və kədərə qərq edən yüzlərlə, bəlkə də, minlərlə foto ortaya çıxıb.
Bunlardan ən təsirlilərindən biri də atanın zəlzələdə qurban verdiyi qızının əlini buraxmadığı və sonradan onların hər ikisinin illər əvvəl çəkilmiş fotoları ilə qarşılaşdırılan görüntülər oldu.
Həmin fotonun “qəhrəmanı”, zəlzələdə qızını itirən Mesut Hançer adlı şəxs “Bild” nəşrinə danışıb.
“Yer titrəyən zaman çörək sexində çalışırdım. Dərhal həyat yoldaşıma zəng etdim, iki qızımın və oğlumun yaxşı olduqlarını söylədi. Ancaq həmin gecə ən kiçik qızım nənəsigildə qalmışdı. Nənəsigilə qohumlarımız gəlmişdilər və İrmak da onlarla bərabər qalmaq istəmişdi”.
M.Hançer qızına zəng etdiyini, lakin cavab ala bilmədiyini bildirib:
“Çox dua etdim, ancaq qızımı itirdim. Mən şahzadəmi xilas etmək üçün yalın əllə qazmağa çalışdım, ancaq çıxara bilmədim”.
Bölməyə aid digər xəbərlər