Paytaxtda avtomobil qadını vuraraq xəsarət yetirdi

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Report-un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Sulutəpə qəsəbəsində avtomobil yolu keçən 1968-ci il təvəllüdlü Əkbərova Firuzə Hüseynqulu qızını vurub.
Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona qapalı kəllə-beyin və bədənin müştərək travmaları diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.


Tarix: 20-07-2020, 14:00 Oxunub: 263


Bölməyə aid digər xəbərlər