QAZAX ŞƏHƏRİNDƏ EKOLOJİ FACİƏ.... - YENİLƏNİB

    Azərbaycan Dövlətinin Başçısı, Zati-Aliləri İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Naziri cənab Muxtar Babayevin  15 iyul 2022-ci il tarixdə Qazax şəhərində planlaşdırılmış vətəndaşların qəbul qrafiki öncəsi “sürpriz” gəlişmə baş verir. 
Hal-hazırda Qazax şəhəri Səməd Vurğun parkında ağaclara ziyan vurmaqla, ümumi istifadədə olan parkda qanunsuz tikinti işləri aparılır. 
   İlkin məlumata əsasən həmin əsaslı tikinti quraşdırma "köşk" adı altında Pərviz Süleymanov adlı şəxs tərəfindən həyata keçirilir.

HAŞİYƏ:      İddialara görə,həmin obyektin əsl sahibi başqa şəxsdir. Həmin şəxsin kimliyi ilkin olaraq məlum olsa da,  dəqiqləşdirildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcəkdir.  Üstəlik, qanunsuz əsaslı tikinti aparııan ərazi də Pərviz Süleymanovun deyil, Qazax şəhər Bələdiyyəsinin mülkiyyətindədir və vətəndaşların ümumi istifadəsində olan, asudə vaxtlarını səmərəli keçirmək  və istirahətlərini  etmək üçün nəzərdə tutulmuş ərazidir.        

Aidiyyatı qurumlar Qazax şəhər Bələdiyyəsi, Qazax rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsi bu qanunsuzluğa şərait yaradır.

Ali yuxarı orqanlardan qanunsuzluq edən şəxslər və onlara şərait yaradan vəxifəli şəxslər barəsində ciddi tədbir görmələrini rica edirik.




Rüstəm Vəliyev


Tarix: 10-07-2022, 18:41 Oxunub: 2 876


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı