Xarkovda polis idarəsi və universitet binası vuruldu: Ölənlər var - YENİLƏNİB



Bu gün səhər saatlarında Xarkov şəhərinin mərkəzi hissəsinin atəşə tutulması nəticəsində ölən və yaralananlar var.
Bu barədə Ukraynanın Xarkov vilayəti üzrə Dövlət Fövqəladə Hallar Xidmətindən bildirilib.
Məlumata görə, inzibati binalarda qəza-xilasetmə işləri davam etdirilir.
“Hazırda dağıntılar altından 10 nəfər xilas edilib. İlkin məlumata görə dörd nəfər ölüb, doqquz nəfər yaralanıb”, - deyə məlumatda bildirilir.


Tarix: 2-03-2022, 15:00 Oxunub: 437


Bölməyə aid digər xəbərlər
25-01-2021, 20:24 Xırdalanda partlayış...