2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Atia.az Vətən müharibəsinin xronikasını təqdim edir.
– Prezident İlham Əliyev Türkiyənin Xarici İşlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
– Müdafiə Nazirliyi cəbhədə noyabrın 1-nə olan son vəziyyəti açıqlayıb. Düşmənin məhv edilən hərbi texnikasının siyahısı açıqlanıb. Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub.
– Düşmən Tərtər və Ağcabədi rayonlarının ərazisini atəşə tutub.
– Düşmənin döyüş sursatı yüklənən hərbi yük maşınları məhv edilməsinin videogörüntüsü yayılıb. Düşmənin iki ədəd “Qrad”ı məhv edilib.
– Düşmənin iki artilleriya batareyası məhv edilməsinin videogörüntüsü yayılıb.
– Düşmənin canlı qüvvəsinin məhv edilməsinin videogörüntüsü yayılıb.
– Düşmənin hərbi avtomobil korteji məhv edilməsinin videogörüntüsü yayılıb.
Bölməyə aid digər xəbərlər