Ağstafa AVTOVAĞZALINDA saxta çeklərlə pul yığılır...

Ağstafa şəhər avtovağzalının ərazisinə daxil olan avtomobillərdən Həsən adlı şəxs (müdiriyyət) gördüyünüz bu çeki payladaraq hər bir avtomobil sürücüsündən 0.20 AZN dəyərində pul yığır. Bu çek də deyilənə görə Həsən müəllimin "biznes şəriki" İlham müəllimə məxsusdur. Çekə diqqətlə baxdıqda tarixin köhnə olduğu, möhürün olmadığı, bir sözlə saxta olduğu görünür.
Bir gündə ən azı 200 avtomobil həmin avtovağzala giriş edir.
 Gün ərzində  0.20 AZN 200 avtomobil sürücüsündən alınarsa,  bu da ümumilikdə 40 AZN dəyərində pul deməkdir.
Yığılan həmin pullar ay ərzində  təxminən 1200 AZN edir.

Bəs 1200 AZN dəyərində yığılan  pullar hara sərf olunur?? Çox maraqlıdır.... 

Yığılan pullar bir yana... Verilən bu çekin tarixi möhürü nə əcəb yoxdur?
Saxta çekləri paylayıb kasıb millətin cibinə girmək nə dərəcədə düzgündür? 

Bəs aidiyyatı qurumlar hara baxır?
Araşdırmalarımız davam edir.
İnanırıq ki, aidiyyatı qurumlar bu məsələni araşdırıb  lazımı tədbir görəcəklər.
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq...

Elnur Quliyev, ATİA.AZ


Tarix: 20-09-2021, 07:04 Oxunub: 774


Bölməyə aid digər xəbərlər
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?