08:30 / 18-04-2025
"İlham Pirməmmədov - 70"
Bakıda azyaşlı dilənməyə məcbur edilir

Bakının Nəsimi rayonu ərazisində qohumları tərəfindən dilənməyə məcbur edilən azyaşlı aşkarlanıb.
Bu barədə  "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə yazıb. O bildirib ki, azyaşlının adı Şərifov Ümid Tural oğludur və o, 5 il əvvəl də sığınacaqda olub:
"Anası bir neçə aydan sonra tapılıb gəlib uşağı aparıb. Ümidin dediyinə görə, xalasıgil onu dilənməyə, təkər qaraltmağa məcbur edib,qazancını əlindən alıb. O isə bunu etmək istəmədiyinə görə, az pul qazandığına görə döyülüb və qaçıb. Neçə vaxt küçədə yaşayıb. Bu gün Nəsimi rayonu 19-cu polis bölməsi tərəfindən azyaşlı sığınacağımıza yerləşdirilib”.

K.Ağazadə qeyd edib ki, Ümid oxumaq arzusundadır və dövlətin himayəsinə verilməsini istəyir.


Tarix: 29-06-2021, 00:20 Oxunub: 258


Bölməyə aid digər xəbərlər