“Azərsu” ASC polietilen borunun satınalınması müsabiqəsinə yekun vurub.
Bildiririk ki, 97 min 940 manat məbləğində olan tenderin qalibi “Plastcon Group” MMC olub.
Tenderin şərtlərinə görə, MMC 1000 metr polietilen/ PE100/d 450/10atm şərtlərinə cavab verən boru satacaq, – yəni metri 97 manat 94 qəpiyə.
Qeyd edək ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə ŞTQ, Svetlana Məmmədova, ev 55 ünvanında qeydiyyata alınan şirkətin nizamnamə kapitalı 10 manatdır.
2017-ci ilin iyun ayında yaradılan şirkətin fəaliyyəti ilə bağlı internet resurslarında məlumat yoxdur. Yalnız şirkətin keçən il Koronavirusla Mübarizəyə Dəstək Fonduna 5 min manat köçürdüyü internet resurslarında əksini tapıb.
Şirkət indiyə kimi dövlət satınalmalarında qalib olmayıb.
istinad: reportyor.info
Bölməyə aid digər xəbərlər