13:34 / 12-11-2024
COP29 ilk uğura imza atdı
O, təkcə ailəsinin deyil, bütün Azərbaycanın əzizidir - Deputat

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİMİB) sədri Arzu Bağırova Masallı rayon Tüklə kənd sakini, şəhid əsgər Əli Seyran oğlu Nəcəfovun ailə üzvləri ilə görüşüb.
 Q.Paşayeva şəhid ailəsini işğalçı düşmən üzərində tarixi qələbə münasibətilə təbrik edib, ürək sözlərini bölüşüb.
"Siz Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda etmiş əsgərimizin ailə üzvlərisiniz. Düşmən üzərində qələbə münasibətilə təbriki ən çox Siz şəhid ailələri haqq edirsiniz. Sizə çox minnətdarıq! Əlinin əziz ruhu qarşısında dərin ehtiramla baş əyirik. O, artıq yalnız öz ailəsinə deyil, bütün Azərbaycana əzizdir, doğmadır.

Biz bilirik ki, Əli həqiqi hərbi xidmətdə olan əsgər kimi Vətən torpaqlarının azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. O, bir çox döyüş əməliyyatlarında qəhrəmanlıqla iştirak edib, öz şücaəti iləs eçilib. Vətən qarşısında əsgəri borcunu vicdanla, şərəflə yerinə yetirən Əli oktyabrın 20-də düşmənin snayperindən açılan gülləyə tuş gəlib.

Əli Nəcəfov Azərbaycan Prezidentinin Sərəncamına əsasən "Vətən uğrunda” medalı ilə təltif edilib. Əli kimi vətənpərvər gənclərimizlə hər zaman qürur duyacağıq! Onun və cəbhə yoldaşlarının vətənpərvərliyi sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olundu, xalqımızın 30 illik həsrətinə son qoyuldu”, - deputat bildirib.

Şəhidimizin ailə üzvlərinə tarixi zəfər münasibətilə Milli Məclisin Mədəniyyət Komitəsi və RHİMİB adından məktublar təqdim edilib.


Tarix: 4-01-2021, 19:54 Oxunub: 284


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı